https://sputnik.az/20240625/3900-den-cox-muellim-kecid-balini-toplaya-bilmeyib-465603635.html
3900-dən çox müəllim keçid balını toplaya bilməyib
3900-dən çox müəllim keçid balını toplaya bilməyib
Sputnik Azərbaycan
İclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla... 25.06.2024, Sputnik Azərbaycan
2024-06-25T17:21+0400
2024-06-25T17:21+0400
2024-06-25T17:22+0400
müəllim
təhsil
elm və təhsil nazirliyi
iclas
sertifikatlaşdırılma
sertifikasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985194_595:420:2835:1680_1920x0_80_0_0_0f1ccc49d7ea8a7a929520f42c2f5738.jpg
BAKI, 25 iyun — Sputnik. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib. Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu barədə iyunun 25-də keçirilən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasında bildirilib. Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. Qeyd edək ki, iyunun 25-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının növbəti iclası keçirilib. İclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib. Eyni zamanda, ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunmağa başlanıldığı vurğulanıb. Bildirilib ki, 8 iyun 2024-cü il tarixində ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7 296 müəllim iştirak edib. Onlardan 3 386 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat üzrə 95%-i, ibtidai sinif üzrə 86%-i sertifikatlaşdırma prosesində uğur qazanıb. Xatırladaq ki, cari ilin əvvəlindən etibarən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə onların ehtiyaclarına uyğun Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub. Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 10-13 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb və cavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib. Qeyd edək ki, iclasın yekun nəticələri Elm və Təhsil Nazirliyinə təqdim edilib. Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985194_537:556:2527:2048_1920x0_80_0_0_0fd90482bcbc10768b32c531fc9ce4e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllim, elm və təhsil nazirliyi, iclas, sertifikatlaşdırılma, sertifikasiya
müəllim, elm və təhsil nazirliyi, iclas, sertifikatlaşdırılma, sertifikasiya
3900-dən çox müəllim keçid balını toplaya bilməyib
17:21 25.06.2024 (Yenilənib: 17:22 25.06.2024) İclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib.
BAKI, 25 iyun — Sputnik. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu barədə iyunun 25-də keçirilən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasında bildirilib.
Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.
Qeyd edək ki, iyunun 25-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının növbəti iclası keçirilib.
İclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib.
Eyni zamanda, ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunmağa başlanıldığı vurğulanıb.
Bildirilib ki, 8 iyun 2024-cü il tarixində ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7 296 müəllim iştirak edib. Onlardan 3 386 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.
Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat üzrə 95%-i, ibtidai sinif üzrə 86%-i sertifikatlaşdırma prosesində uğur qazanıb.
Xatırladaq ki, cari ilin əvvəlindən etibarən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə onların ehtiyaclarına uyğun Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.
Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 10-13 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb və cavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.
Qeyd edək ki, iclasın yekun nəticələri Elm və Təhsil Nazirliyinə təqdim edilib.
Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək.