https://sputnik.az/20240624/xaricde-tehsil-almis-daha-62-neferin-diplomu-taninmayib-464366311.html
Xaricdə natamam təhsil alanlara şad xəbər
Xaricdə natamam təhsil alanlara şad xəbər
Sputnik Azərbaycan
Bu şəhadətnamə sahibinə yerli ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət hüququ verən vacib sənədlərdən biridir. 24.06.2024, Sputnik Azərbaycan
2024-06-24T13:25+0400
2024-06-24T13:25+0400
2024-06-24T12:06+0400
diplom
təhsil
tanınma
imtahan
qiymətləndirmə
təhsil
akkreditasiya
ixtisas
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:375:2000:1500_1920x0_80_0_0_8f29119cdb69d96dbeecfa8ad1eac714.jpg
BAKI, 24 iyun — Sputnik. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Xaricdə natamam ali təhsil alanlarla bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a Dövlət Agentliyindən daxil olan məlumatda bildirilib ki, xaricdə natamam ali təhsil alanlar Azərbaycanda öz təhsillərini davam etdirə bilərlər. Yalnız bunun üçün müəyyən sənəd təqdim etməlidirlər. "Xaricdə natamam ali təhsil alan (təhsilini tamamlamamış) şəxslər öz təhsillərini Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən akademik tanınması haqqında şəhadətnamə əldə etməlidirlər. Bu şəhadətnamə sahibinə yerli ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət hüququ verən vacib sənədlərdən biridir. Tələbələrin köçürülməsi yay mövsümündə başlayacağı üçün prosesdə iştirak edəcək şəxslərin şəhadətnamə əldə etməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur" -məlumatda bildirilib. 06.06.24, 12:20Xaricdə təhsil almış daha 55 nəfərin diplomu tanınmayıbMay ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.Bu barədə Sputnik Azərbaycan-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, dövlət nümunəli olmayan diplom səbəbilə 2, təhsil forması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 264, Ukraynadan 243, Türkiyə Respublikasından 118, Belarus Respublikasından 63, Gürcüstandan 29, Birləşmiş Krallıqdan 28, Çin Xalq Respublikasından 9, Macarıstandan 9, Polşa Respublikasından 6, Qazaxıstan Respublikasından 6, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 5, Niderland Krallığından 5, Çex Respublikasından 3, Almaniya Federativ Respublikasından 2, Fransa Respublikasından 2, Özbəkistan Respublikasından 2, Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriya Respublikasından 1, Banqladeş Xalq Respublikasından 1, Belçika Krallığından 1, Estoniya Respublikasından 1, İran İslam Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, İsveçrə Konfederasiyasından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb. 03.05.24, 22:43Xaricdə təhsil almış daha 62 nəfərin diplomu tanınmayıbAprel ayı üzrə xaricdə təhsil almış 399 müraciətin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatında bildirilib. Qeyd edilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 123, Türkiyə Respublikasından 90, Ukraynadan 82, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 29, Gürcüstandan 19, Çin Xalq Respublikasından 8, İtaliya Respublikasından 7, Polşa Respublikasından 6, Macarıstandan 4, Amerika Birləşmiş Ştatlarından 3, İsveçrə Konfederasiyasından 3, Almaniya Federativ Respublikasından 2, Əfqanıstan İslam Respublikasından 2, Kanadadan 2, Niderland Krallığından 2, Qırğız Respublikasından 2, Avstraliya İttifaqından 1, Belarus Respublikasından 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Estoniya Respublikasından 1, Hindistan Respublikasından 1, İspaniya Krallığından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Özbəkistan Respublikasından 1, Rumıniyadan 1, Şimali Makedoniya Respublikasından 1 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınıb. Qeyd edək ki, xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması qaydaları dəyişib. Dəyişikliyə görə, tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Yəni, xaricdə təhsil alıb gəlmiş tələbə daha təhsil aldığı dildən imtahan vermir. Əvəzində onlar bəzi ixtisaslar üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Digər dəyişiklik isə tibb ixtisasları üzrədir.Belə ki, yeni qaydaya əsasən, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Dəyişikliklərdən biri də budur ki, təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:0:2000:1500_1920x0_80_0_0_b4ad53ccf4dd2a861c6cc2e2bf72b998.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
diplom, tanınma, imtahan, qiymətləndirmə, təhsil, akkreditasiya, ixtisas
diplom, tanınma, imtahan, qiymətləndirmə, təhsil, akkreditasiya, ixtisas
Xaricdə natamam təhsil alanlara şad xəbər
Bu şəhadətnamə sahibinə yerli ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət hüququ verən vacib sənədlərdən biridir.
BAKI, 24 iyun — Sputnik. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Xaricdə natamam ali təhsil alanlarla bağlı məlumat yayıb.
Sputnik Azərbaycan-a Dövlət Agentliyindən daxil olan məlumatda bildirilib ki, xaricdə natamam ali təhsil alanlar Azərbaycanda öz təhsillərini davam etdirə bilərlər. Yalnız bunun üçün müəyyən sənəd təqdim etməlidirlər.
"Xaricdə natamam ali təhsil alan (təhsilini tamamlamamış) şəxslər öz təhsillərini Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən akademik tanınması haqqında şəhadətnamə əldə etməlidirlər. Bu şəhadətnamə sahibinə yerli ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət hüququ verən vacib sənədlərdən biridir. Tələbələrin köçürülməsi yay mövsümündə başlayacağı üçün prosesdə iştirak edəcək şəxslərin şəhadətnamə əldə etməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur" -məlumatda bildirilib.
Xaricdə təhsil almış daha 55 nəfərin diplomu tanınmayıb
May ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Sputnik Azərbaycan-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, dövlət nümunəli olmayan diplom səbəbilə 2, təhsil forması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 264, Ukraynadan 243, Türkiyə Respublikasından 118, Belarus Respublikasından 63, Gürcüstandan 29, Birləşmiş Krallıqdan 28, Çin Xalq Respublikasından 9, Macarıstandan 9, Polşa Respublikasından 6, Qazaxıstan Respublikasından 6, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 5, Niderland Krallığından 5, Çex Respublikasından 3, Almaniya Federativ Respublikasından 2, Fransa Respublikasından 2, Özbəkistan Respublikasından 2, Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriya Respublikasından 1, Banqladeş Xalq Respublikasından 1, Belçika Krallığından 1, Estoniya Respublikasından 1, İran İslam Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, İsveçrə Konfederasiyasından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb.
Xaricdə təhsil almış daha 62 nəfərin diplomu tanınmayıb
Aprel ayı üzrə xaricdə təhsil almış 399 müraciətin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 123, Türkiyə Respublikasından 90, Ukraynadan 82, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 29, Gürcüstandan 19, Çin Xalq Respublikasından 8, İtaliya Respublikasından 7, Polşa Respublikasından 6, Macarıstandan 4, Amerika Birləşmiş Ştatlarından 3, İsveçrə Konfederasiyasından 3, Almaniya Federativ Respublikasından 2, Əfqanıstan İslam Respublikasından 2, Kanadadan 2, Niderland Krallığından 2, Qırğız Respublikasından 2, Avstraliya İttifaqından 1, Belarus Respublikasından 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Estoniya Respublikasından 1, Hindistan Respublikasından 1, İspaniya Krallığından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Özbəkistan Respublikasından 1, Rumıniyadan 1, Şimali Makedoniya Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınıb.
Qeyd edək ki, xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması qaydaları dəyişib. Dəyişikliyə görə, tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Yəni, xaricdə təhsil alıb gəlmiş tələbə daha təhsil aldığı dildən imtahan vermir. Əvəzində onlar bəzi ixtisaslar üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Digər dəyişiklik isə tibb ixtisasları üzrədir.
Belə ki, yeni qaydaya əsasən, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Dəyişikliklərdən biri də budur ki, təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.