Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Üstünə dəmir hasar aşan azyaşlının həyatı xilas edildi

© Photo : Social media page of Clinical Medical CenterDəmir hasarın üstünə çıxarkən yıxılan
Dəmir hasarın üstünə çıxarkən yıxılan - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
KTM-in uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə baş tutan əməliyyatda cırılmış bağırsağın tikilməsi, qarın boşluğunun təftişi, drenajı prosedurları icra edilib.
BAKI, 24 iyun — Sputnik. Dəmir hasarın üstünə çıxarkən yıxılan və hasarın üstünə aşması nəticəsində ağır xəsarət alan azyaşlı TƏBİB tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
Sputnik Azərbaycan-a KTM-dən verilən məlumata görə, 4 yaşlı uşaq 15.06.2024-cü il tarixində qarının qapalı travması, qarın boşluğu orqanlarının travması, acı bağırsağın cırılması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəstə təcili əməliyyata alınıb.
© Photo : Social media page of Clinical Medical CenterDəmir hasarın üstünə çıxarkən yıxılan
Dəmir hasarın üstünə çıxarkən yıxılan - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Dəmir hasarın üstünə çıxarkən yıxılan
KTM-in uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə baş tutan əməliyyatda cırılmış bağırsağın tikilməsi, qarın boşluğunun təftişi, drenajı prosedurları icra edilib.
Əməliyyatdan sonra vəziyyəti stabil olan xəstənin həkim nəzarətində stasionar müalicələri davam etdirilib. Səhhətində müsbət dinamika müşahidə edilib.
Xəbər lenti
0