Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Qəbul imtahanlarından "2" qiymət alanların statistikası açıqlandı

© AFP 2024 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
Ötən il "3", "4" və "5" qiymət alanların faizi nisbətən azalıb, "2" qiymət alanların faizi isə artıb.
BAKI, 24 iyun — Sputnik. 2023-cü ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların statistikası açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Məlumata əsasən, qəbul imtahanlarında iştirak edən və I-IV qrup üzrə imtahan verən abituriyentlərin 7,91 faizi 500-700 bal toplayıb. İmtahanlarda iştirak edənlərdən 17,91 faiz abituriyent isə 0-100 ballıq göstərici əldə edib.
2023-cü ildə I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 46.27%-i isə 200-dən az bal toplayıb. Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-200), (200-300), (300-500), (500-700) intervallarına bölərək, ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, həmin il abituriyentlərin 46.3 faizi imtahandan "2", 21.1%-i "3", 24.8%-i "4", 7.9%-i isə "5" qiymət alıb.
2022-ci ildə bu göstəricilər uyğun olaraq, 42.8%, 22.0%, 25.6%, 9.6% olub.
Göründüyü kimi, ötən il "3", "4" və "5" qiymət alanların faizi nisbətən azalıb, "2" qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.
Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 34.3%-ni "3", 43.2%-ni "4", 13.1%-ni isə "5" qiymət alanlar təşkil edib.
Ötən il bu göstəricilər, uyğun olaraq, 33.8%, 43.8%, 15.8% olub. V ixtisas qrupu üzrə qəbul imtahanında toplanılması mümkün olan maksimal bal 300-dür.
Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 50.96%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (50.39%) 100-150 bal intervalında nəticə göstərib.
15.02.24, 12:18
Qəbul imtahanlarının vaxtı açıqlanıb
Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub.
DİM-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu ötən il olduğu kimi, bu il də iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq. Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçiriləcək.
Ərizə qəbulunun 2-ci mərhələsi, yəni I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2024-cü il aprelin 15-dən mayın 6-dək imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçəcəklər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat isə mayın 31-dən iyunun 17-dək olan müddətdə aparılacaq.
II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi aprelin 28-də, rezidenturaya qəbulun birinci mərhələsinin birinci cəhdi mayın 5-də, ikinci cəhdi iyunun 9-da, imtahanın ikinci mərhələsi isə avqustun 4-də keçiriləcək.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə verilən CƏDVƏLDƏ* ətraflı tanış olmaq mümkündür. Cədvəl il ərzində DİM-in saytının baş səhifəsində aktiv olacaq. Qrafik Mərkəzin saytının "Təqvim" bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid imtahanlar və qeydiyyat tarixlərini əldə edə bilərsiniz.
Xatırladaq ki, buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi, Azərbaycan dili (dövlət dili kimi) və s. imtahanların tarixləri əvvəlcədən elan olunmuşdur. 11-ci sinif buraxılış imtahanları üzrə Gəncə şəhərində yerləşən məktəblərin imtahan günləri də siyahı şəklində (Gəncə – 1, Gəncə – 2) cədvəlin buraxılış imtahanları bölməsinə əlavə olunub.
İştirakçıların nəzərinə çatdırılıb ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Xəbər lenti
0