Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Oxuyub-yazmağı bacarmayan IX və XI sinif şagirdlərinin sayı açıqlanıb

© iStock.com / seb_raУченики с поднятыми руками в классе
Ученики с поднятыми руками в классе - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
Oxumağı və yazmağı bacarmayan 11-ci sinif şagirdləri Cəlilabad və Qobustan rayonlarından olub.
BAKI, 24 iyun — Sputnik. 2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Məlumata əsasən, rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir:
Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər, 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Cəlilabad və Qobustan rayonlarından olub.
Həmçinin 2023-cü ildə abituriyentlərin 20 faizindən çoxunun 100-dən aşağı bal topladığı bölgələr açıqlanıb. Bildirilib ki, ötən il Daşkəsən, Samux, Ağsu, Xaçmaz, Babək, Lerik, Ağcabədi, Şərur, Şamaxı, Sabirabad, Quba, Tovuz, Xocalı, Biləsuvar, Saatlı, Şəmkir, Qazax, Göygöl, Xızı rayonlarının və Naftalan şəhərinin həmin ilki məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
Xəbər lenti
0