https://sputnik.az/20240624/neft-bazarinda-sabitlik-hokm-surur---abs-de-ehtiyatlar-ile-bagli-melumatlar-aciqlanacaq-465473730.html
Dolların bahalaşması nefti ucuzlaşdırıb
Dolların bahalaşması nefti ucuzlaşdırıb
Sputnik Azərbaycan
ABŞ-də neft məhsullarına tələbatın güclənməsinin əlamətləri və "OPEC plyus"un tədarükü nəzarətdə saxlaması nəticəsində keçən həftə neft qiymətləri təxminən 3%... 24.06.2024, Sputnik Azərbaycan
2024-06-24T11:36+0400
2024-06-24T11:36+0400
2024-06-24T11:11+0400
neft
neft-qaz
qiymət
brent
azeri light markalı neft
azərbaycan
birja
opec
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444559076_0:0:3307:1861_1920x0_80_0_0_acfa7e3a06db9d47356452453d038a42.jpg
BAKI, 24 iyun — Sputnik. Dünya bazarlarında dolların bahalaşması neft qiymətlərini aşağı salıb. ABŞ-də faiz dərəcələri ilə bağlı narahatlıqların yenidən artması dolları bahalaşdırıb. Dolların bahalaşması isə neft qiymətlərinin ucuzlaşmasına səbəb olub. Bu gün "Brent" markalı neft 5 sent azalaraq 85,19 dollar, ABŞ-nin Qərbi Texas nefti 7 sent azalaraq 80,66 dollar olub. Qeyd edək ki, güclü dollar digər valyuta sahibləri üçün dollarla ifadə olunan malları daha az cəlbedici edir. Dolların altı əsas valyutaya qarşı məzənnəsini ölçən dollar indeksi bu gün bir qədər də yüksəlib. Bununla belə, ABŞ-də neft məhsullarına tələbatın güclənməsinin əlamətləri və "OPEC plyus"un tədarükü nəzarətdə saxlaması nəticəsində keçən həftə neft qiymətləri təxminən 3% dəyər qazanıb. Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,57% artaraq 88,49 dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.20.06.24, 13:02Neft bazarında sabitlik hökm sürür - ABŞ-də ehtiyatlar ilə bağlı məlumatlar açıqlanacaqBu gün neft bazarlarında qiymətlər dəyişkənlik göstərir. "Brent" markalı neft 6 sent artaraq 85,13 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) isə 15 sent ucuzlaşaraq 81,42 dollar olub. WTI markalı neftin ucuzlaşması ABŞ-də bayram ilə bağlıdır. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 65 sent artaraq 88 dollar təşkil edib. Ümumiyyətlə, investorlar Yaxın Şərqdə baş verən hadisələri diqqət mərkəzində saxlayırlar. Digər tərəfdən, investorlar ABŞ-nin xam neft ehtiyatları ilə bağlı məlumatları gözləyirlər. Ona görə də qiymətlər demək olar ki, sabitdir. Xatırladaq ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib. Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444559076_0:0:2731:2048_1920x0_80_0_0_2c7cd016266c7def617ca641cebcf7ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, brent, azeri light markalı neft, azərbaycan, birja, opec
neft, qiymət, brent, azeri light markalı neft, azərbaycan, birja, opec
Dolların bahalaşması nefti ucuzlaşdırıb
ABŞ-də neft məhsullarına tələbatın güclənməsinin əlamətləri və "OPEC plyus"un tədarükü nəzarətdə saxlaması nəticəsində keçən həftə neft qiymətləri təxminən 3% dəyər qazanıb.
BAKI, 24 iyun — Sputnik. Dünya bazarlarında dolların bahalaşması neft qiymətlərini aşağı salıb. ABŞ-də faiz dərəcələri ilə bağlı narahatlıqların yenidən artması dolları bahalaşdırıb. Dolların bahalaşması isə neft qiymətlərinin ucuzlaşmasına səbəb olub.
Bu gün "Brent" markalı neft 5 sent azalaraq 85,19 dollar, ABŞ-nin Qərbi Texas nefti 7 sent azalaraq 80,66 dollar olub.
Qeyd edək ki, güclü dollar digər valyuta sahibləri üçün dollarla ifadə olunan malları daha az cəlbedici edir. Dolların altı əsas valyutaya qarşı məzənnəsini ölçən dollar indeksi bu gün bir qədər də yüksəlib. Bununla belə, ABŞ-də neft məhsullarına tələbatın güclənməsinin əlamətləri və "OPEC plyus"un tədarükü nəzarətdə saxlaması nəticəsində keçən həftə neft qiymətləri təxminən 3% dəyər qazanıb.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,57% artaraq 88,49 dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.
Neft bazarında sabitlik hökm sürür - ABŞ-də ehtiyatlar ilə bağlı məlumatlar açıqlanacaq
Bu gün neft bazarlarında qiymətlər dəyişkənlik göstərir. "Brent" markalı neft 6 sent artaraq 85,13 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) isə 15 sent ucuzlaşaraq 81,42 dollar olub. WTI markalı neftin ucuzlaşması ABŞ-də bayram ilə bağlıdır.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 65 sent artaraq 88 dollar təşkil edib.
Ümumiyyətlə, investorlar Yaxın Şərqdə baş verən hadisələri diqqət mərkəzində saxlayırlar. Digər tərəfdən, investorlar ABŞ-nin xam neft ehtiyatları ilə bağlı məlumatları gözləyirlər. Ona görə də qiymətlər demək olar ki, sabitdir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.
Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.