https://sputnik.az/20240624/meleyke-abbaszadeden-kecirilen-imtahanlarla-bagli-vacib-aciqlama-465560883.html
Məleykə Abbaszadədən keçirilən imtahanlarla bağlı vacib açıqlama
Məleykə Abbaszadədən keçirilən imtahanlarla bağlı vacib açıqlama
Sputnik Azərbaycan
O xatırladıb ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunub. 24.06.2024, Sputnik Azərbaycan
2024-06-24T13:03+0400
2024-06-24T13:03+0400
2024-06-24T13:49+0400
məleykə abbaszadə
təhsil
dim
dövlət imtahan mərkəzi (dim) direktorlar şurası
qəbul imtahanları
ali məktəblərə qəbul imtahanı
bal
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138975_0:0:2000:1125_1920x0_80_0_0_71c6de1b9501f9e6f2cc2213ddb9e57c.jpg
BAKI, 24 iyun — Sputnik. Qəbul imtahanları ilə bağlı heç bir problem yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu qəbul imtahanlarının birinci mərhələsinin çətin olması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahanın çətinlik dərəcəsini kimlərinsə fikrinə görə söyləmək doğru yanaşma deyil: "Nəticəni yalnız imtahanda iştirak edən bütün iştirakçıların nəticələri əsasında söyləmək olar. Statistikaya baxanda görürük ki, qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu". O xatırladıb ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunub: "Maraqlanan hər kəs bu modellərlə imtahanda təqdim olunan modeli müqayisə edə bilər. Fevral ayında da sınaq imtahanı keçirilib və suallar da nəşr edilib, bunlar hər kəs üçün əlçatandır". Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı. Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib. O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur. II və III ixtisas qrupları üzrə imtahan verən abituriyentlərin qəbul imtahan nəticələri açıqlanıb. Nəticələrə görə imtahanda heç kim maksimum - 700 bal toplaya bilməyib. Belə ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb. III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb. Qeyd edək ki, bu il buraxılış imtahanının iştirakçıları arasında 53 nəfər 300 bal toplayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138975_160:0:1867:1280_1920x0_80_0_0_664d6e649010266f0beeed6d4951e66d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məleykə abbaszadə, dim, dövlət imtahan mərkəzi (dim) direktorlar şurası, qəbul imtahanları, ali məktəblərə qəbul imtahanı, bal
məleykə abbaszadə, dim, dövlət imtahan mərkəzi (dim) direktorlar şurası, qəbul imtahanları, ali məktəblərə qəbul imtahanı, bal
Məleykə Abbaszadədən keçirilən imtahanlarla bağlı vacib açıqlama
13:03 24.06.2024 (Yenilənib: 13:49 24.06.2024) O xatırladıb ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunub.
BAKI, 24 iyun — Sputnik. Qəbul imtahanları ilə bağlı heç bir problem yoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu qəbul imtahanlarının birinci mərhələsinin çətin olması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahanın çətinlik dərəcəsini kimlərinsə fikrinə görə söyləmək doğru yanaşma deyil:
"Nəticəni yalnız imtahanda iştirak edən bütün iştirakçıların nəticələri əsasında söyləmək olar. Statistikaya baxanda görürük ki, qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu".
O xatırladıb ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunub:
"Maraqlanan hər kəs bu modellərlə imtahanda təqdim olunan modeli müqayisə edə bilər. Fevral ayında da sınaq imtahanı keçirilib və suallar da nəşr edilib, bunlar hər kəs üçün əlçatandır".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib. O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.
II və III ixtisas qrupları üzrə imtahan verən abituriyentlərin qəbul imtahan nəticələri açıqlanıb. Nəticələrə görə imtahanda heç kim maksimum - 700 bal toplaya bilməyib.
Belə ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb. III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Qeyd edək ki, bu il buraxılış imtahanının iştirakçıları arasında 53 nəfər 300 bal toplayıb.