https://sputnik.az/20240624/konstitusiya-mehkemesinin-plenumu-prezidentin-sorgusuna-baxacaq-465575473.html
Konstitusiya Məhkəməsinin Plenumu Prezidentin sorğusuna baxacaq
Konstitusiya Məhkəməsinin Plenumu Prezidentin sorğusuna baxacaq
Sputnik Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. 24.06.2024, Sputnik Azərbaycan
2024-06-24T15:53+0400
2024-06-24T15:53+0400
2024-06-24T16:13+0400
konstitusiya məhkəməsi
azərbaycan xəbərləri
seçkilər
növbədənkənar seçkilər
milli məclisə seçkilər
növbədənkənar parlament seçkiləri
prezident ilham əliyev
yeni azərbaycan partiyası
https://cdnn1.img.sputnik.az/img/40592/95/405929502_0:11:1016:582_1920x0_80_0_0_c83520f664a6f06c494af209797b7cac.jpg
BAKI, 24 iyun — Sputnik. Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq. Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 24-də Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də saat 10:00-a təyin edilmiş iclasında baxılacaq. Xatırladaq ki, Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət edilməsi barədə təşəbbüslə çıxış ediblər. Müraciətdə qeyd edilib ki, indiki şəraitdə də Milli Məclis dövlətçilik nümunəsi göstərməli və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40592/95/405929502_0:0:776:582_1920x0_80_0_0_b0c38a8c5f2ef5997ab10dee2e3a4792.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
konstitusiya məhkəməsi, seçkilər, növbədənkənar seçkilər, milli məclisə seçkilər, növbədənkənar parlament seçkiləri, prezident ilham əliyev, yeni azərbaycan partiyası
konstitusiya məhkəməsi, seçkilər, növbədənkənar seçkilər, milli məclisə seçkilər, növbədənkənar parlament seçkiləri, prezident ilham əliyev, yeni azərbaycan partiyası
Konstitusiya Məhkəməsinin Plenumu Prezidentin sorğusuna baxacaq
15:53 24.06.2024 (Yenilənib: 16:13 24.06.2024) Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
BAKI, 24 iyun — Sputnik. Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 24-də Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də saat 10:00-a təyin edilmiş iclasında baxılacaq.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət edilməsi barədə təşəbbüslə çıxış ediblər.
Müraciətdə qeyd edilib ki, indiki şəraitdə də Milli Məclis dövlətçilik nümunəsi göstərməli və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.