https://sputnik.az/20240624/bu-il-bakalavriat-ve-magistr-uzre-dovlet-sifarisli-yerlerin-sayi-melum-olub-455762194.html
Dövlət qulluğuna qəbul prosesində yeni model tətbiq ediləcək
Dövlət qulluğuna qəbul prosesində yeni model tətbiq ediləcək
Sputnik Azərbaycan
Məleykə Abbaszadə deyib ki, bundan əvvəl səriştə modelinin sonuncu versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq. 24.06.2024, Sputnik Azərbaycan
2024-06-24T13:47+0400
2024-06-24T13:47+0400
2024-06-24T14:10+0400
bakalavr
təhsil
elm və təhsil nazirliyi
magistratura
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_0:149:3112:1900_1920x0_80_0_0_cfa2a91f74814c3ef53a122bc68212a4.jpg
BAKI, 24 iyun — Sputnik. Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modeli sınaqdan keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin sonuncu versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq: "Bu, çox vacib mərhələdir. Bu model üzrə 2 ildir işləyirik. Artıq bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik". O əlavə edib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, bacarıqlı dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.09.06.23, 15:26Bu il bakalavriat və magistr üzrə dövlət sifarişli yerlərin sayı məlum olubSon 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz, qəbul plan yerlərinin sayı isə 34,6 faiz artıb. Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib. O bildirib ki, son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım 14,3 faiz olmaqla texniki və texnologiya sahəsində olub: "Dövlət sifarişli yerlərin sayı baxımından isə bu sahədə 30 faiz artım olub. İT sahəsində bakalavriat səviyyəsində tələbələrin 90-95 faizi, magistratura səviyyəsində isə 100 faizi dövlət sifarişli yerlərə daxil olur". Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, bakalavriat üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb. O bildirib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27691 yerə çatdırılıb. Yaqub Piriyev media nümayəndələri ilə görüşdə onu da bildirib ki, növbəti tədris ili üçün magistratura üzrə proqnoz qəbul yerlərin sayı açıqlanıb. O bildirib ki, 2023-2024-cü tədris ilində bu yerlərin sayının 6478 olacağı gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_191:0:2922:2048_1920x0_80_0_0_a4b90ceff2ba836bb03bcd809fc0b743.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakalavr, elm və təhsil nazirliyi, magistratura
bakalavr, elm və təhsil nazirliyi, magistratura
Dövlət qulluğuna qəbul prosesində yeni model tətbiq ediləcək
13:47 24.06.2024 (Yenilənib: 14:10 24.06.2024) Məleykə Abbaszadə deyib ki, bundan əvvəl səriştə modelinin sonuncu versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq.
BAKI, 24 iyun — Sputnik. Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modeli sınaqdan keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin sonuncu versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq:
"Bu, çox vacib mərhələdir. Bu model üzrə 2 ildir işləyirik. Artıq bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik".
O əlavə edib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, bacarıqlı dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.
Bu il bakalavriat və magistr üzrə dövlət sifarişli yerlərin sayı məlum olub
Son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz, qəbul plan yerlərinin sayı isə 34,6 faiz artıb.
Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım 14,3 faiz olmaqla texniki və texnologiya sahəsində olub: "Dövlət sifarişli yerlərin sayı baxımından isə bu sahədə 30 faiz artım olub. İT sahəsində bakalavriat səviyyəsində tələbələrin 90-95 faizi, magistratura səviyyəsində isə 100 faizi dövlət sifarişli yerlərə daxil olur".
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, bakalavriat üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb. O bildirib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27691 yerə çatdırılıb.
Yaqub Piriyev media nümayəndələri ilə görüşdə onu da bildirib ki, növbəti tədris ili üçün magistratura üzrə proqnoz qəbul yerlərin sayı açıqlanıb. O bildirib ki, 2023-2024-cü tədris ilində bu yerlərin sayının 6478 olacağı gözlənilir.