CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hazırda Azərbaycanda maksimal temperatur 35°-dir

© AP Photo / Darko VojinovicBakıda günəşli hava, arxiv
Bakıda günəşli hava, arxiv - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
Ölkənin ayrı-ayrı yerlərdə qısamüddətli leysan yağacağı , dolu düşəcəyi ehtimalı var.
BAKI, 24 iyun - Sputnik. Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 11:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Lakin ayın 23-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Xidmətdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Astarada 6 mm, Zaqatalada 5 mm, Lənkəranda 3 mm olub. Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Aran rayonlarında 35, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.
***
İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq.
İyunun 24-də Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu 31-36° isti, dağlarda 19-24° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0