https://sputnik.az/20240624/borrell-rusiya-aktivlerinden-gelen-gelirin-ukraynaya-catdirilacagi-vaxti-aciqladi-465560474.html
Borrell Rusiya aktivlərindən gələn gəlirin Ukraynaya çatdırılacağı vaxtı açıqladı
Borrell Rusiya aktivlərindən gələn gəlirin Ukraynaya çatdırılacağı vaxtı açıqladı
Sputnik Azərbaycan
Aİ diplomatiyasının rəhbəri bildirib ki, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı qərarlar kimi bu qərarın da qarşısının alınmayacağını gözləyir. 24.06.2024, Sputnik Azərbaycan
2024-06-24T21:08+0400
2024-06-24T21:08+0400
2024-06-24T21:08+0400
rusiya
dünya xəbərləri
cosep borrel
ukrayna
rusiya prezidenti vladimir putin
vladimir putin
aktivlər
ai
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284236_0:161:3071:1888_1920x0_80_0_0_1c73358af6660b3699ce231cf8280c5f.jpg
BAKI, 24 iyun — Sputnik. Rusiya aktivlərindən əldə edilən gəlirdən gələn ilk vəsait gələn həftə Kiyevə yardım üçün çatmalıdır. Bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib. "Bizim dondurulmuş Rusiya aktivlərindən gəlirimiz var.Maneələrdən yayınaraq onlardan istifadə etməliyik. Müvafiq prosesə başlamışıq, birinci transfer gələn həftə iyulda, ikincisi isə bir neçə aydan sonra baş tutacaq. Bizim hüquqi prosedurumuz var. Bu, bizə maneələrdən yan keçməyə imkan verəcək.Həll yolumuz var, onu bu gün təqdim edəcəyik", - o, Lüksemburqda birlik ölkələrinin xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl deyib. O əlavə edib ki, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı qərarlar kimi bu qərarın da qarşısının alınmayacağını gözləyir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284236_170:0:2901:2048_1920x0_80_0_0_5f5ab76b9ca0ed11a5e18641779df472.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, cosep borrel , ukrayna, rusiya prezidenti vladimir putin, vladimir putin, aktivlər, ai
rusiya, cosep borrel , ukrayna, rusiya prezidenti vladimir putin, vladimir putin, aktivlər, ai
Borrell Rusiya aktivlərindən gələn gəlirin Ukraynaya çatdırılacağı vaxtı açıqladı
Aİ diplomatiyasının rəhbəri bildirib ki, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı qərarlar kimi bu qərarın da qarşısının alınmayacağını gözləyir.
BAKI, 24 iyun — Sputnik. Rusiya aktivlərindən əldə edilən gəlirdən gələn ilk vəsait gələn həftə Kiyevə yardım üçün çatmalıdır. Bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
"Bizim dondurulmuş Rusiya aktivlərindən gəlirimiz var.Maneələrdən yayınaraq onlardan istifadə etməliyik. Müvafiq prosesə başlamışıq, birinci transfer gələn həftə iyulda, ikincisi isə bir neçə aydan sonra baş tutacaq. Bizim hüquqi prosedurumuz var. Bu, bizə maneələrdən yan keçməyə imkan verəcək.Həll yolumuz var, onu bu gün təqdim edəcəyik", - o, Lüksemburqda birlik ölkələrinin xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl deyib.
O əlavə edib ki, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı qərarlar kimi bu qərarın da qarşısının alınmayacağını gözləyir.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.