CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkirin keçmiş icra başçısına hökm oxundu

© Photo : executive power of the Shemkir regionAlimpaşa Məmmədov
Alimpaşa Məmmədov - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədovun məhkəmə prosesi keçirilib.
BAKI, 24 iyun — Sputnik. Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədova hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədovun məhkəmə prosesi keçirilib. Son sözdən sonra məhkəmə Alimpaşa Məmmədova hökm oxuyub.
Məhkəmənin qərarı ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
14.12.22, 12:31
Alimpaşa Məmmədovun maralları qoruğa köçürülüb, sayları artıb
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov həbs olunduqdan sonra onun maral fermasının olması ortaya çıxıb.
Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən fermada saxlanılan marallar sabiq icra başçısının həbsindən sonra "Altıağac" Milli Parkına aparılıb.
Mənbənin sözlərinə görə, əvvəl 30 baş olan maralların 7-si bala verib. Maralların sayı 37-ə çatıb.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub. (Apa)
Xəbər lenti
0