CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 23 iyun - FOTO

© Sputnik23 iyun
23 iyun - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 23 iyun — Sputnik. İyunun 23-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 23-də kim anadan olub?
Gülcahan Güləhmədova-Martınova (1925-2018) - ilk azərbaycanlı qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti. 1952-1982-ci illərdə Bakıda Rus Dram Teatrında quruluşçu-rejissor işləyib.
© Photo : Public domainGülcahan Güləhmədova-Martınova
Gülcahan Güləhmədova-Martınova - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Gülcahan Güləhmədova-Martınova
Anna Axmatova (1889-1966) - rus şairəsi. Onun ən tanınan əsərlərindən biri "xalq düşmənlərinin" arvad və analarının kədərindən bəhs edən "Rekviyem" poemasıdır.
© SputnikAnna Axmatova
Anna Axmatova - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Anna Axmatova
Zinəddin Zidan (1972) - fransız futbolçu və məşqçi. O, futbol tarixinin ən böyük oyunçularından biridir. Zidan karyerasına Kannda mərkəz yarımmüdafiəçisi kimi başlayıb və daha sonra "Bordo"da çıxış edib. Lakin fransızı bütün dünyada məşhurlaşdıran klublar onun on iki kubok qazandığı "Yuventus" və "Real Madrid"dir.
© AP Photo / Manu FernandezZinəddin Zidan
Главный тренер Реала Зинедин Зидан, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Zinəddin Zidan
Frensis Makdormand (1957) - ABŞ teatr və kino aktrisası. "Oscar", "Toni", "BAFTA", "Qızıl Qlobus", "Emmi" mükafatları laureatı. O, "Sadəcə qan", "Arizonanı tərbiyə edərkən", "Farqo", "Olmayan insan" və "Oxuduqdan sonra yandırmaq" filmlərində rol alıb.
© AFP 2023 / Mark RalstonFrensis Makdormand
Frensis Makdormand - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Frensis Makdormand
İyunun 23-də dünyada baş verən tarixi hadisələr
1865-ci ildə ABŞ-da vətəndaş müharibəsi başa çatıb.
1868-ci ildə Viskonsin ştatında (ABŞ) yazı makinası patentləşdirilib - o, böyük bir masa ölçüsündə idi və yalnız böyük hərflərlə çap edirdi.
Beynəlxalq Olimpiya Günü. Həmin gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Sankt-Moritsdə keçirilən 42-ci sessiyası zamanı qəbul edilib və 1948-ci ildən bəri qeyd olunur.
1998-ci ildə Pittsburq Universitetinin (ABŞ) Tibb Mərkəzinin həkimləri tibb tarixində ilk dəfə olaraq süni şəkildə yetişdirilmiş beyin qabığı hüceyrələrinin insana transplantasiyasını həyata keçiriblər. Xəstə insult nəticəsində bədəninin sağ tərəfi iflic olduğu və nitqini itirdiyi yaşlı tibb bacısı Alma Serazini olub.
2006-cı ildən başlayaraq Azərbaycanda dövlət qulluqçularının peşə bayramı qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0