https://sputnik.az/20240623/agstafada-toy-meclisinde-11-nefer-zeherlenib-465541375.html
Ağstafada toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb
Ağstafada toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb
Sputnik Azərbaycan
Rayonun şadlıq saraylarından birində kütləvi zəhərlənmə faktı qeydə alınıb. 23.06.2024, Sputnik Azərbaycan
2024-06-23T14:02+0400
2024-06-23T14:02+0400
2024-06-23T14:02+0400
zəhərlənmə
hadisə
ağstafa
ağstafa rayonu
toy
toy mərasimi
https://cdnn1.img.sputnik.az/img/42105/39/421053956_0:0:2001:1125_1920x0_80_0_0_305f87cc68f96d616c96a8246de1fffc.jpg
BAKI, 23 iyun - Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.Hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub.Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Araşdırmalar davam etdirilir.22.06.24, 22:02Ağstafa rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb."Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya 11 nəfər müraciət edib. Onlara tibbi yardım göstərilir.Onarın rayon ərazisində keçirilən toy məclisində qidadan zəhərləndikləri ehtimal olunur.Faktla bağlı araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42105/39/421053956_52:0:1825:1330_1920x0_80_0_0_70c9c7b19988c7432f55556c3d712843.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəhərlənmə, ağstafa, ağstafa rayonu, toy, toy mərasimi
zəhərlənmə, ağstafa, ağstafa rayonu, toy, toy mərasimi
Ağstafada toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb
Rayonun şadlıq saraylarından birində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
BAKI, 23 iyun - Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub.
Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Araşdırmalar davam etdirilir.
Ağstafa rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya 11 nəfər müraciət edib. Onlara tibbi yardım göstərilir.
Onarın rayon ərazisində keçirilən toy məclisində qidadan zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.