Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İyulun əvvəlində MİQ imtahanları keçiriləcək

© Photo : Ministry of Science and Education Republic of AzerbaijanMüəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları - Sputnik Azərbaycan, 1920, 22.06.2024
Abunə olmaq
Növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər
BAKI, 22 iyun - Sputnik. Müəllimlərin işə qəbulu (MİQ) üzrə elektron ərizələrin qəbulu və emalı artıq bir neçə günə başa çatacaq.
Bunu "Report"a açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O vurğulayıb ki, növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər: "İyul ayının ilk yarısında imtahanların keçirilməsi nəzərdə tutulur".
Şöbə müdiri vakant yerlərlə bağlı məsələyə də toxunub: "Təkrar sertifikatlaşdırılma imtahanından sonra işdən azad edilən müəllimlər olub. Eyni zamanda yeni tədris ilindən yeni fəaliyyətə başlayacaq məktəblər və siniflərlə bağlı hazırda tədqiqat aparılır. Müvafiq proqram təminatına artıq vakant yerlərin daxil edilməsi prosesinə başlanılıb. Test mərhələsi başa çatandan sonra vakant yerlər müəllimlərə təqdim olunacaq".
Xəbər lenti
0