DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan NATO-nun Ukraynada yaradacağı missiyada iştirak etməyəcək

© Sputnik / Стрингер / Mediabanka keçidNATO təlimləri
NATO təlimləri - Sputnik Azərbaycan, 1920, 22.06.2024
Abunə olmaq
Macarıstan onlardan Ukraynaya hərbi dəstəyi genişləndirməyə yönəlmiş mümkün müttəfiqlik fəaliyyətlərində iştirakdan çəkinə biləcəyinə dair zəmanət alıb.
BAKI, 22 iyun — Sputnik. NATO Ukraynada öz missiyasını yaradacaq, lakin Macarıstan orada iştirak etməyəcək. Bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı növbəti dəfə deyib.
"NATO Ukraynada öz missiyasını yaradacaq, lakin Macarıstan bu missiyada iştirak etməyəcək və bunun üçün öz hərbi personalını, silahlarını və ya maliyyə resurslarını verməyəcək", - hökumət başçısı bildirib.
O xatırladıb ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq və onun ehtimal olunan varisi, hazırda Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte ilə razılaşıb.
Macarıstan onlardan Ukraynaya hərbi dəstəyi genişləndirməyə yönəlmiş mümkün müttəfiqlik fəaliyyətlərində iştirakdan çəkinə biləcəyinə dair zəmanət alıb.
"Biz minimum tapşırığı yerinə yetirdik", - Orban NATO-nun Ukraynadakı missiyasında iştirak etməmə ilə bağlı deyib. Onun sözlərinə görə, Macarıstan Avropada sülh adası olaraq qalmaq istəyir.
Son bir neçə həftə ərzində o, artıq bir neçə dəfə bəyan edib ki, Macarıstan Ukraynada mümkün müttəfiq missiyasında iştirak etməyəcək.
Xəbər lenti
0