Tarixdə bu gün: 21 iyun

© Sputnik21 iyun
21 iyun - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 21 iyun — Sputnik. İyunun 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 21-də kim anadan olub?
Abbasqulu ağa Bakıxanov (1794 - 1847) - Azərbaycan, fars və ərəb dillərində yazan azərbaycanlı alim-pedaqoq, şair və yazıçı. Azərbaycan elmi tarixşünaslığının və arxeologiyasının banisidir.
© Photo : Public domainAbbasqulu ağa Bakıxanov
Abbasqulu ağa Bakıxanov  - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abbasqulu ağa Bakıxanov
Ceyn Rassell (1921 - 2011) - Amerikalı aktrisa, 1940-cı illərin və 1950-ci illərin əvvəllərinin seks simvolu. Onun ən yaddaqalan film işlərindən biri "Cənablar sarışınlara üstünlük verir" komediyasıdır.
© AP PhotoCeyn Rassell
Ceyn Rassell - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Ceyn Rassell
Fransuaza Saqan (1935 - 2004) - fransız yazıçısı və dramaturqu, 1985-ci ildə ədəbiyyata verdiyi töhfəyə görə Monako knyazı mükafatına layiq görülüb. "Salam, kədər!", "Bramsı sevirsinizmi?", "Təslim olmaq siqnalı", "İsveçdə qala", "İnamlı təbəssüm", "Landryu" və s. əsərlərin müəllifidir.
© AFP 2024 / MYCHELE DANIAUFransuaza Saqan
Fransuaza Saqan  - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Fransuaza Saqan
Valeri Zolotuxin (1941 - 2013) - Sovet və rus teatr və kino aktyoru, RSFSR xalq artisti. 2011-ci ilin oktyabrından 2013-cü ilin martına qədər Taqankadakı teatrın bədii rəhbəri olub.
© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidValeri Zolotuxin
Актер и режиссер Валерий Золотухин после показа спектакля Кшиштофа Занусси Король умирает в Театре на Таганке (2012) - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Valeri Zolotuxin
Viktor Tsoy (1962 - 1990) - Koreya-Rus əsilli Sovet rok musiqiçisi, bəstəkarı, şairi, rəssamı və aktyoru. "Kino" rok qrupunun yaradıcısı və rəhbəri.
© Sputnik / Галина Кмит / Mediabanka keçidViktor Tsoy
Лидер рок-группы Кино Виктор Цой - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Viktor Tsoy
Uels Şahzadəsi Uilyam (1982) - Böyük Britaniya Kralı III Çarlzın və onun birinci həyat yoldaşı, Uels şahzadəsi Diananın böyük oğlu və 8 sentyabr 2022-ci ildən başlayaraq Britaniya taxtının varisi.
© AP Photo / Victoria Jones/PoolUels Şahzadəsi Uilyam
Британский принц Уильям подписывает присягу на церемонии провозглашения монарха Карла III в Сент-Джеймсском дворце в Лондоне - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Uels Şahzadəsi Uilyam
21 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1893-cü ildə Çikaqoda keçirilən sərgidə ilk dönmə çarx ("Şeytan çarxı") təqdim edilib.
1913-cü ildə ilk qadın təyyarədən paraşütlə tullanmanı həyata keçirib. On səkkiz yaşlı amerikalı Corciya Brodvik beş kiloqramlıq ipək paraşütdən istifadə edərək Qlenn Martinin idarə etdiyi təyyarədən 305 metr hündürlükdən tullanaraq Qriffit-Fild (Los-Anceles, Kaliforniya) aerodromunun meydançasına təhlükəsiz eniş edib.
1925-ci ildə Moskvada ilk taksilər peyda olub. 16 ədəd Reno avtomobili paytaxt sakinlərinin istifadəsinə verilib.
1992-ci ildə Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub.
2004-cü ildə dünyanın ilk şəxsi idarə olunan kosmik gəmisi olan SpaceShipOne ilk dəfə kosmosa buraxılıb.
2015-ci ildən etibarən hər il iyunun 21-də Beynəlxalq Yoqa Günü qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0