https://sputnik.az/20240621/skuter-surenler-de-cerime-edilecek-465518117.html
Skuter sürənlər də cərimə ediləcək
Skuter sürənlər də cərimə ediləcək
Sputnik Azərbaycan
Xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində... 21.06.2024, Sputnik Azərbaycan
2024-06-21T18:48+0400
2024-06-21T18:48+0400
2024-06-21T18:48+0400
skuter
cəmiyyət
cərimə
cərimələr
inzibati cərimə
nəqliyyat
ictimai nəqliyyat
"yol hərəkəti haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434604537_0:320:3073:2048_1920x0_80_0_0_db3ccb887072823ae6b0a0da9e572a82.jpg
BAKI, 21 iyun— Sputnik. Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 338.4-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: - avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə; - velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə; - yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; - svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; - sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə; - nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə; - piyadaların hərəkətinə maneə yaradılmasına; - sərnişin daşınmasına; - keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə qırx manat məbləğində cərimə ediləcək. Bu xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə ediləcək. Yuxarıda nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə yüz əlli manat məbləğində cərimə ediləcək. Yuxarıda nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434604537_0:0:2731:2048_1920x0_80_0_0_be17c7d98525b385820e27f1db32eafa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
skuter, cərimə, cərimələr, inzibati cərimə, nəqliyyat, ictimai nəqliyyat, "yol hərəkəti haqqında" qanun
skuter, cərimə, cərimələr, inzibati cərimə, nəqliyyat, ictimai nəqliyyat, "yol hərəkəti haqqında" qanun
Skuter sürənlər də cərimə ediləcək
Xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək.
BAKI, 21 iyun— Sputnik. Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 338.4-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
- avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə;
- velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə;
- yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
- svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
- sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə;
- nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə;
- piyadaların hərəkətinə maneə yaradılmasına;
- keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə qırx manat məbləğində cərimə ediləcək.
Bu xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə yüz əlli manat məbləğində cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.