CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seçkilərdə yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı problem aradan qaldırılır

© Sputnik / Murad OrujovŞəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsi - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranıb.
BAKI, 21 iyun— Sputnik. Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problem aradan qaldırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, seçki zamanı partiyaların, seçki bloklarının səlahiyyətli nümayəndələrinin siyahısında hər bir səlahiyyətli nümayəndənin şəxsiyyət vəsiqəsinin verilmə tarixi də göstərilməlidir. Sənədlərdə şəxsiyyət vəsiqəsinin verilmə tarixinin göstərilməsi tələbi seçkidə namizədlərə, referendum üzrə təşəbbüs qrupunun üzvlərinə, vəkil edilmiş şəxslərə və digərlərinə də şamil olunub.
Ancaq yeni nəsil şəxsiyyət vəsiqələrinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, "vəsiqənin verilmə tarixi" deyil, "etibarlılıq müddəti" göstərilir.
Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranıb. Layihəyə əsasən, şəxsiyyət vəsiqəsinin ya verilmə tarixi ya da etibarlılıq müddətini göstərmək yetərli olacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Xəbər lenti
0