https://sputnik.az/20240621/leysan-yagib-simsek-caxib---faktk-hava-465382677.html
Rayonlara leysan yağıb, Gədəbəyi dolu vurub
Rayonlara leysan yağıb, Gədəbəyi dolu vurub
Sputnik Azərbaycan
Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb. 21.06.2024, Sputnik Azərbaycan
2024-06-21T11:55+0400
2024-06-21T11:55+0400
2024-06-21T12:08+0400
cəmiyyət
şimşək
ildırım
azərbaycan
faktiki
hava
https://cdnn1.img.sputnik.az/img/41853/98/418539840_0:102:2000:1227_1920x0_80_0_0_a15b5186eba7603f68d548021e46bc51.jpg
BAKI, 21 iyun — Sputnik. İyunun 21-i saat 9:00-a olan məlumata əsasən Azərbaycanda iyunun 20-si günün ikinci yarısından başlayaraq əksər rayonlarda hava şəraiti dəyişib, yağıntılı və güclü küləkli hava şəraiti müşahidə olunub. Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, əksər rayonlarda müşahidə olunan güclü qərb küləyi gecə saatlarından tədricən zəifləyib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb. Düşən yağıntının miqdarı Şəkidə 32 mm, Ceyrançöldə 29 mm, Yevlaxda 28 mm, Gədəbəydə 19 mm, Qubada 17 mm, Göygöldə 16 mm, Ağstafa, Tovuzda 15 mm, Şahdağ, Daşkəsən, Şamaxıda 12 mm, Qaxda 11 mm, Gəncə, Bərdə, Mingəçevir, İsmayıllı, Şəmkir, Naftalan, Qrız, Qəbələ, Goranboy, Oğuz, Şahbuz, Ağdam, Zaqatala, Balakən, Zərdab, Ağsu, Sədərək, Qusar, İmişli, Naxçıvan, Şərur, Culfa, Ordubad, Tərtər, Göyçayda 10 mm-dək olub. İyunun 20-də saat 19:00 radələrində Gədəbəy rayonunun Novo Saratovka kəndinə diametri 25-28 mm olan dolu düşüb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Qeyd olunub ki, iyunun 21-22-də bəzi bölgələrdə əvvəlcədən verilən sarı, narıncı və qırmızı xəbərdarlığa uyğun olaraq qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir. 14.06.24, 11:07Azərbaycanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən dağlıq rayonlarda yağıntılar intensiv və güclü olub. İyunun 14-ü gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Xaltanda 46 mm, Sarıbaşda (Qax) 34 mm, Balakəndə 29 mm, Xınalıqda 13 mm, Zaqatala, Qrızda 10 mm, Qusarda 8 mm, Qobustan, Şahdağ, Şəki, Altıağac, Şahbuz, Oğuz, İsmayıllı, Quba, Qəbələ, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub. İyunun 14-də səhər saatlarında Şəki rayonu ərazisindən axan Damarçın çayından qısamüddətli sel keçib. İyunun 14-ü saat 02:00 radələrində Qax rayonuna diametri 10 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 35, Aran rayonlarında 38, dağlıq rayonlarda 20-25, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41853/98/418539840_114:0:1887:1330_1920x0_80_0_0_4820d087aa2b4106b9abd26afc63a7fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şimşək, ildırım, azərbaycan, faktiki, hava
şimşək, ildırım, azərbaycan, faktiki, hava
Rayonlara leysan yağıb, Gədəbəyi dolu vurub
11:55 21.06.2024 (Yenilənib: 12:08 21.06.2024) Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.
BAKI, 21 iyun — Sputnik. İyunun 21-i saat 9:00-a olan məlumata əsasən Azərbaycanda iyunun 20-si günün ikinci yarısından başlayaraq əksər rayonlarda hava şəraiti dəyişib, yağıntılı və güclü küləkli hava şəraiti müşahidə olunub.
Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əksər rayonlarda müşahidə olunan güclü qərb küləyi gecə saatlarından tədricən zəifləyib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Şəkidə 32 mm, Ceyrançöldə 29 mm, Yevlaxda 28 mm, Gədəbəydə 19 mm, Qubada 17 mm, Göygöldə 16 mm, Ağstafa, Tovuzda 15 mm, Şahdağ, Daşkəsən, Şamaxıda 12 mm, Qaxda 11 mm, Gəncə, Bərdə, Mingəçevir, İsmayıllı, Şəmkir, Naftalan, Qrız, Qəbələ, Goranboy, Oğuz, Şahbuz, Ağdam, Zaqatala, Balakən, Zərdab, Ağsu, Sədərək, Qusar, İmişli, Naxçıvan, Şərur, Culfa, Ordubad, Tərtər, Göyçayda 10 mm-dək olub.
İyunun 20-də saat 19:00 radələrində Gədəbəy rayonunun Novo Saratovka kəndinə diametri 25-28 mm olan dolu düşüb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Qeyd olunub ki, iyunun 21-22-də bəzi bölgələrdə əvvəlcədən verilən sarı, narıncı və qırmızı xəbərdarlığa uyğun olaraq qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir.
Azərbaycanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən dağlıq rayonlarda yağıntılar intensiv və güclü olub. İyunun 14-ü gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Xaltanda 46 mm, Sarıbaşda (Qax) 34 mm, Balakəndə 29 mm, Xınalıqda 13 mm, Zaqatala, Qrızda 10 mm, Qusarda 8 mm, Qobustan, Şahdağ, Şəki, Altıağac, Şahbuz, Oğuz, İsmayıllı, Quba, Qəbələ, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
İyunun 14-də səhər saatlarında Şəki rayonu ərazisindən axan Damarçın çayından qısamüddətli sel keçib.
İyunun 14-ü saat 02:00 radələrində Qax rayonuna diametri 10 mm olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 35, Aran rayonlarında 38, dağlıq rayonlarda 20-25, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.