https://sputnik.az/20240621/ermenistan-felestini-tanidi-sefiri-srail-xarici-sler-nazirliyine-cagirildi-465518328.html
Ermənistan Fələstini tanıdı, səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırıldı
Ermənistan Fələstini tanıdı, səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırıldı
Sputnik Azərbaycan
Mayın 10-da BMT Baş Assambleyası Təhlükəsizlik Şurasına Fələstinin dünya təşkilatının tamhüquqlu üzvlüyünə qəbulu məsələsinə yenidən baxmağı tövsiyə edən... 21.06.2024, Sputnik Azərbaycan
2024-06-21T15:25+0400
2024-06-21T15:25+0400
2024-06-21T16:12+0400
ermənistan
dünya xəbərləri
israil
fələstin
bmt fələstin
bmt
https://cdnn1.img.sputnik.az/img/40906/47/409064794_0:362:5170:3270_1920x0_80_0_0_169c56a6a336669f24c722022b020cc0.jpg
BAKI, 21 iyun — Sputnik. Ermənistan beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək Fələstin dövlətini tanıyır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. İrəvanın Fələstinin müstəqilliyini tanımasından sonra Ermənistanın İsraildəki səfiri yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə danışıqlara çağırılıb. "Ermənistanın Fələstin dövlətini tanıması nəticəsində İsrail Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini "ciddi tənbeh üçün çağırıb" - bəyanatda deyilir. Mayın 10-da BMT Baş Assambleyası Təhlükəsizlik Şurasına Fələstinin dünya təşkilatının tamhüquqlu üzvlüyünə qəbulu məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə layihəsini qəbul edib. Qətnamə layihəsini BMT-nin 143 ölkəsi, o cümlədən Rusiya dəstəkləyib. Mayın 22-də İrlandiya, İspaniya və Norveç hakimiyyəti Fələstinin dövlətini tanımaq qərarını açıqlayıb. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Dublin, Madrid və Oslodan səfirlərinin məsləhətləşmələr üçün geri çağırıldığını açıqlayıb. Eyni zamanda İrlandiya, İspaniya və Norveç diplomatik nümayəndəliklərinin rəhbərləri yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb. İyunun 4-də Sloveniya parlamentinin Dövlət Assambleyası hökumətin müvafiq təklifini təsdiqləyərək Fələstinin müstəqil dövlət kimi tanınmasına səs verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40906/47/409064794_164:0:5007:3632_1920x0_80_0_0_7c718cf71e7d9bbf60bb1e281e709767.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, israil, fələstin, bmt fələstin, bmt
ermənistan, israil, fələstin, bmt fələstin, bmt
Ermənistan Fələstini tanıdı, səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırıldı
15:25 21.06.2024 (Yenilənib: 16:12 21.06.2024) Mayın 10-da BMT Baş Assambleyası Təhlükəsizlik Şurasına Fələstinin dünya təşkilatının tamhüquqlu üzvlüyünə qəbulu məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə layihəsini qəbul edib.
BAKI, 21 iyun — Sputnik. Ermənistan beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək Fələstin dövlətini tanıyır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İrəvanın Fələstinin müstəqilliyini tanımasından sonra Ermənistanın İsraildəki səfiri yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə danışıqlara çağırılıb.
"Ermənistanın Fələstin dövlətini tanıması nəticəsində İsrail Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini "ciddi tənbeh üçün çağırıb" - bəyanatda deyilir.
Mayın 10-da BMT Baş Assambleyası Təhlükəsizlik Şurasına Fələstinin dünya təşkilatının tamhüquqlu üzvlüyünə qəbulu məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə layihəsini qəbul edib. Qətnamə layihəsini BMT-nin 143 ölkəsi, o cümlədən Rusiya dəstəkləyib.
Mayın 22-də İrlandiya, İspaniya və Norveç hakimiyyəti Fələstinin dövlətini tanımaq qərarını açıqlayıb. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Dublin, Madrid və Oslodan səfirlərinin məsləhətləşmələr üçün geri çağırıldığını açıqlayıb. Eyni zamanda İrlandiya, İspaniya və Norveç diplomatik nümayəndəliklərinin rəhbərləri yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb. İyunun 4-də Sloveniya parlamentinin Dövlət Assambleyası hökumətin müvafiq təklifini təsdiqləyərək Fələstinin müstəqil dövlət kimi tanınmasına səs verib.