https://sputnik.az/20240621/brks-in-genislenmesi-uzvler-ucun-yeni-turizm-imkanlari-acib---ryabkov-465520889.html
BRİKS-in genişlənməsi üzvlər üçün yeni turizm imkanları açıb - Ryabkov
BRİKS-in genişlənməsi üzvlər üçün yeni turizm imkanları açıb - Ryabkov
Sputnik Azərbaycan
Ryabkov əlavə edib ki, görüşdə qrupa daxil olan ölkələrin turizm nazirləri ortamüddətli perspektivdə ixtisaslaşmış əməkdaşlığın inkişafını müəyyən edəcək mühüm... 21.06.2024, Sputnik Azərbaycan
2024-06-21T23:37+0400
2024-06-21T23:37+0400
2024-06-21T23:37+0400
sergey ryabkov
dünya xəbərləri
briks
səudiyyə ərəbistanı
birləşmiş ərəb əmirlikləri
misir
iran
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:3005:1691_1920x0_80_0_0_615cda7ec542d9a2df6a5f992c69fb66.jpg
BAKI, 21 iyun — Sputnik. Yeni ölkələrin BRİKS-ə qoşulması bu beynəlxalq assosiasiya üzvlərinin turizm imkanlarının genişlənməsinə səbəb olub və qrup daxilində viza rejiminin sadələşdirilməsi gündəmdədir. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, Rusiyanın BRİKS-dəki Şerpası Sergey Ryabkov assosiasiyaya üzv ölkələrin birinci turizm forumunun plenar iclasının iştirakçılarına videomüraciətində bildirib. "Bu il yanvarın 1-də yeni ölkələrin BRİKS-ə qoşulması ölkələrimizin vətəndaşları üçün turizm imkanlarının coğrafiyasını və spektrini genişləndirir. Bu BRİKS üzvləri arasında qarşılıqlı məlumatlılığın artmasına, mübadilələrin genişlənməsinə müsbət təsir göstərəcək", o qeyd edib. "Ümid edirəm ki, forumdakı müzakirələr bizə qlobal tendensiyaları, milli strategiyaları, perspektivləri və turizm sahəsində əməkdaşlığın praktiki mexanizmlərini təhlil etməyə imkan verəcək", - Ryabkov bildirib. Ryabkov əlavə edib ki, görüşdə qrupa daxil olan ölkələrin turizm nazirləri ortamüddətli perspektivdə ixtisaslaşmış əməkdaşlığın inkişafını müəyyən edəcək mühüm razılaşmalar əldə edə bilərlər. "Biz turizm sektorunun davamlılığını və inklüzivliyini artırmağa kömək etmək üçün yaşıl turizm sahəsində artıq fəaliyyət göstərən BRİKS alyansı çərçivəsində işi davam etdirmək əzmindəyik", - xarici işlər nazirinin müavini vurğulayıb. BRİKS haqqında BRIKS qrupu 2006-cı ildə yarandığı gündən bu yana iki genişlənmə dalğasından keçib. 2011-ci ildə Cənubi Afrika Respublikası Rusiya, Braziliya, Hindistan və Çinin daxil olduğu assosasiyaya qoşulub. 2023-cü ilin avqustunda Argentina da daxil olmaqla altı yeni üzv assosiasiyaya qoşulmağa dəvət edilib, lakin həmin ilin dekabrın sonunda Argentina üzv olmaqdan imtina edib. Beş yeni üzv - Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-də tam hüquqlu fəaliyyətə başlayıb. 2024-cü il yanvarın 1-də Rusiyaya keçən BRİKS-ə sədrlik ilin sonuna qədər davam edəcək və geniş mövzular üzrə 250-dən çox tədbiri əhatə edəcək. Əsas tədbir 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:2731:2048_1920x0_80_0_0_462e2cd0015b04433b0e0923971f128a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey ryabkov, briks , səudiyyə ərəbistanı, birləşmiş ərəb əmirlikləri, misir, iran, rusiya
sergey ryabkov, briks , səudiyyə ərəbistanı, birləşmiş ərəb əmirlikləri, misir, iran, rusiya
BRİKS-in genişlənməsi üzvlər üçün yeni turizm imkanları açıb - Ryabkov
Ryabkov əlavə edib ki, görüşdə qrupa daxil olan ölkələrin turizm nazirləri ortamüddətli perspektivdə ixtisaslaşmış əməkdaşlığın inkişafını müəyyən edəcək mühüm razılaşmalar əldə edə bilərlər.
BAKI, 21 iyun — Sputnik. Yeni ölkələrin BRİKS-ə qoşulması bu beynəlxalq assosiasiya üzvlərinin turizm imkanlarının genişlənməsinə səbəb olub və qrup daxilində viza rejiminin sadələşdirilməsi gündəmdədir. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, Rusiyanın BRİKS-dəki Şerpası Sergey Ryabkov assosiasiyaya üzv ölkələrin birinci turizm forumunun plenar iclasının iştirakçılarına videomüraciətində bildirib.
"Bu il yanvarın 1-də yeni ölkələrin BRİKS-ə qoşulması ölkələrimizin vətəndaşları üçün turizm imkanlarının coğrafiyasını və spektrini genişləndirir. Bu BRİKS üzvləri arasında qarşılıqlı məlumatlılığın artmasına, mübadilələrin genişlənməsinə müsbət təsir göstərəcək", o qeyd edib.
"Ümid edirəm ki, forumdakı müzakirələr bizə qlobal tendensiyaları, milli strategiyaları, perspektivləri və turizm sahəsində əməkdaşlığın praktiki mexanizmlərini təhlil etməyə imkan verəcək", - Ryabkov bildirib.
Ryabkov əlavə edib ki, görüşdə qrupa daxil olan ölkələrin turizm nazirləri ortamüddətli perspektivdə ixtisaslaşmış əməkdaşlığın inkişafını müəyyən edəcək mühüm razılaşmalar əldə edə bilərlər.
"Biz turizm sektorunun davamlılığını və inklüzivliyini artırmağa kömək etmək üçün yaşıl turizm sahəsində artıq fəaliyyət göstərən BRİKS alyansı çərçivəsində işi davam etdirmək əzmindəyik", - xarici işlər nazirinin müavini vurğulayıb.
BRIKS qrupu 2006-cı ildə yarandığı gündən bu yana iki genişlənmə dalğasından keçib. 2011-ci ildə Cənubi Afrika Respublikası Rusiya, Braziliya, Hindistan və Çinin daxil olduğu assosasiyaya qoşulub. 2023-cü ilin avqustunda Argentina da daxil olmaqla altı yeni üzv assosiasiyaya qoşulmağa dəvət edilib, lakin həmin ilin dekabrın sonunda Argentina üzv olmaqdan imtina edib. Beş yeni üzv - Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-də tam hüquqlu fəaliyyətə başlayıb.
2024-cü il yanvarın 1-də Rusiyaya keçən BRİKS-ə sədrlik ilin sonuna qədər davam edəcək və geniş mövzular üzrə 250-dən çox tədbiri əhatə edəcək. Əsas tədbir 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti olacaq.