CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanla İordaniya arasında müdafiə sahəsində Saziş təsdiq edilib

© AFP 2024 / BRENDAN SMIALOWSKISənədin imzalanması
Sənədin imzalanması - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Deputatlar sənədin iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
BAKI, 21 iyun— Sputnik. Azərbaycanla İordaniya arasında müdafiə sahəsində Saziş təsdiq edilib.
Parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi məsələsinə baxılıb.
Deputatlar sənədin iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Xəbər lenti
0