CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nikah yaşının 1 il azaldılmasına icazə verilməyəcək

© AFP 2024 / MIGUEL MEDINANişan üzükləri
Nişan üzükləri - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Milli Məclisin iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
BAKI, 21 iyun — Sputnik. Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Ailə Məcəlləsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaşdır. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0