https://sputnik.az/20240621/azerbaycanda-emi-xala-bibi-ve-dayi-usaqlarinin-evliliyi-qadagan-edilir-465523169.html
Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilir
Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilir
Sputnik Azərbaycan
Əhliman Əmiraslanov qeyd edib ki, Ailə Məcəlləsinə təklif edilən dəyişiklik son dərəcə vacibdir. Qanun layihəsi qəbul edildikdən sonra insanlar arasında... 21.06.2024, Sputnik Azərbaycan
2024-06-21T19:33+0400
2024-06-21T19:33+0400
2024-06-21T19:33+0400
evlilik
cəmiyyət
qohum
qohumlar
fazil mustafa
milli məclis
ailə məcəlləsi
əhliman əmiraslanov
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424984683_0:160:3072:1888_1920x0_80_0_0_93910dae57a9a8ef68f8718305a2eb1f.jpg
BAKI, 21 iyun — Sputnik. Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, Məcəlləyə aşağıdakı hallar əlavə edilir: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) dəyişiklik edilməsi nəzərdə tutulur. Komitə sədri: "Dünyada olan qüsurlu insanların 40,5%-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır" Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari tibbi müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq. Deputat bildirib ki, hər il nikaha girmək istəyən 100-lərlə insanda təhlükəli xəstəliklər aşkar edilir: "Onlar nikaha girsəydi, dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Doğrudan da qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının statistikasıdır. Dünyada olan qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır". Əhliman Əmiraslanov qeyd edib ki, bu qanun layihəsi son dərəcə vacibdir: "Qanun qəbul edildikdən sonra insanlar arasında maarifləndirmə işlərinə böyük ehtiyac var. Biz parlamentin Səhiyyə komitəsi olaraq hər gün faciələrlə rastlaşırıq. Qohum nikahlarından doğulan uşaqlarda ən çox irsi xəstəliklərə, irsi qan xəstəliklərinə rast gəlinir. Bu, ailənin faciəsidir". Komitə sədri erkən yaşda nikaha girən xanımların arasında reproduktiv orqanlarında bədxassəli şişlərin 7-8 dəfədən çox olmasına da diqqət çəkib. Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu məsələlərlə bağlı dinləmələri regionlarda keçirmək lazımdır: "Növbəti çağırışın deputatları bu cür dinləmələri regionlarda keçirməlidir. Hər bir region deputatlarla təmsil olunur. Cəmiyyəti maarifləndirmək lazımdır". Fazil Mustafa: "Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir" Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib ki, Azərbaycanda insanların sosiallaşma imkanları o qədər məhdudlaşıb ki, yaxın qohumdan o yana çıxa bilmirlər. Deputat bildirib ki, bu, əsasən kəndlərdə belədir: "Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir. Qanunvericilikdə yaxın qohum evlilikləri ilə bağlı nə qədər sərt qadağa qoysaq da, bunun nəticəsini yaxın vaxtda görə bilməyəcəyik". Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: -yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); -övladlığa götürənlər və övladlığa götürülənlər; -ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; -tibbi müayinədən keçməyən şəxslər; -ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424984683_171:0:2902:2048_1920x0_80_0_0_4611f6e852330be8a9f6e196d05aecb3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
evlilik, qohum, qohumlar, fazil mustafa, milli məclis, ailə məcəlləsi, əhliman əmiraslanov
evlilik, qohum, qohumlar, fazil mustafa, milli məclis, ailə məcəlləsi, əhliman əmiraslanov
Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilir
Əhliman Əmiraslanov qeyd edib ki, Ailə Məcəlləsinə təklif edilən dəyişiklik son dərəcə vacibdir. Qanun layihəsi qəbul edildikdən sonra insanlar arasında maarifləndirmə işlərinə böyük ehtiyac var.
BAKI, 21 iyun — Sputnik. Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, Məcəlləyə aşağıdakı hallar əlavə edilir:
qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) dəyişiklik edilməsi nəzərdə tutulur.
Komitə sədri: "Dünyada olan qüsurlu insanların 40,5%-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır"
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari tibbi müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq.
Deputat bildirib ki, hər il nikaha girmək istəyən 100-lərlə insanda təhlükəli xəstəliklər aşkar edilir: "Onlar nikaha girsəydi, dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Doğrudan da qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının statistikasıdır. Dünyada olan qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır".
Əhliman Əmiraslanov qeyd edib ki, bu qanun layihəsi son dərəcə vacibdir: "Qanun qəbul edildikdən sonra insanlar arasında maarifləndirmə işlərinə böyük ehtiyac var. Biz parlamentin Səhiyyə komitəsi olaraq hər gün faciələrlə rastlaşırıq. Qohum nikahlarından doğulan uşaqlarda ən çox irsi xəstəliklərə, irsi qan xəstəliklərinə rast gəlinir. Bu, ailənin faciəsidir".
Komitə sədri erkən yaşda nikaha girən xanımların arasında reproduktiv orqanlarında bədxassəli şişlərin 7-8 dəfədən çox olmasına da diqqət çəkib.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu məsələlərlə bağlı dinləmələri regionlarda keçirmək lazımdır: "Növbəti çağırışın deputatları bu cür dinləmələri regionlarda keçirməlidir. Hər bir region deputatlarla təmsil olunur. Cəmiyyəti maarifləndirmək lazımdır".
Fazil Mustafa: "Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir"
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib ki, Azərbaycanda insanların sosiallaşma imkanları o qədər məhdudlaşıb ki, yaxın qohumdan o yana çıxa bilmirlər.
Deputat bildirib ki, bu, əsasən kəndlərdə belədir: "Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir. Qanunvericilikdə yaxın qohum evlilikləri ilə bağlı nə qədər sərt qadağa qoysaq da, bunun nəticəsini yaxın vaxtda görə bilməyəcəyik".
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
-yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
-övladlığa götürənlər və övladlığa götürülənlər;
-ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
-tibbi müayinədən keçməyən şəxslər;
-ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.