https://sputnik.az/20240621/azerbaycana-investisiyalari-en-cox-artiran-olkeler---cedvelde-yeni-dovletler-de-var-465483713.html
Azərbaycana investisiyaları ən çox artıran ölkələr - Cədvəldə yeni dövlətlər də var
Azərbaycana investisiyaları ən çox artıran ölkələr - Cədvəldə yeni dövlətlər də var
Sputnik Azərbaycan
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87,6 faiz təşkil edib. İqtisadçılar bildiriblər... 21.06.2024, Sputnik Azərbaycan
2024-06-21T09:18+0400
2024-06-21T09:18+0400
2024-06-21T09:18+0400
investisiya
iqtisadiyyat
rusiya
birləşmiş ərəb əmirlikləri
ekspert
artım
mərkəzi bank
türkiyə
ingiltərə
kipr
https://cdnn1.img.sputnik.az/img/42204/74/422047403_0:234:3223:2047_1920x0_80_0_0_30607894558690ecec51cb9334c84003.jpg
BAKI, 21 iyun — Sputnik. Azərbaycana birbaşa xarici investisiya qoyuluşu artır. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 1,5 milyard dollar təşkil edib. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 0,4 faiz çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87,6 faiz təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 186,5 milyon dollar olub. İnvestisiyanı ən çox artıran ölkələr hansılardır? Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Azərbaycana investisiyaları ən çox artıran ölkələr bəlli olub. Belə ki, Azərbaycana birbaşa xarici investisiya məbləğini ən çox artıran ölkə Birləşmiş Ərəb Əmirlikləridir. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübü ərzində 190,6 milyon dollar investisiya yatırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136,3 milyon dollar çoxdur. İkinci yerdə Avstriya gəlir. Hesabat dövründə Avstriyadan ölkəmizə investisiya qoyuluşu 20,6 milyon dollar artaraq 27,1 milyon dollara çatıb. Üçüncü yerdə isə İsveçrə gəlir. Belə ki, bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatına bu ölkə tərəfindən 12,6 milyon dollar məbləğində investisiya qoyulub. Keçən ilin eyni dövrü ilə müqayisədə investisiya məbləği 9,7 milyon dollar artıb. İnvestisiya qoyuluşunu ən çox artıran ölkələr içərisində Rusiya dördüncü yerdədir. Belə ki, Rusiya Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübü ərzində 55,5 milyon dollar məbləğində investisiya yatırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon dollar çoxdur. Beşinci sırada isə Gürcüstan dayanır. Hesabat dövründə Gürcüstandan ölkəmizə investisiya qoyuluşu illik müqayisədə 3 milyon dollardan çox artaraq 9,1 milyon dollara çatıb. İnvestisiya qoyuluşunu ən çox artıran ölkələr içərisində sonrakı yerləri İtaliya, Lüksemburq, Latviya və digər ölkələr tutub. Birbaşa xarici investisiyaların artmasının səbəbi nədir? İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, ölkəyə xüsusən də birbaşa investisiyaların yatırılması mühümdür:Ekspertin sözlərinə görə, Rusiyadan Azərbaycana investisiya qoyuluşunu daha da artırmaq mümkündür. Digər tərəfdən, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycanın investisiya cəlbediciliyi artıb. "Ölkəyə beynəlxalq bilik və təcrübələr gətirilir" Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, birbaşa xarici investisiyaların artması Azərbaycan iqtisadiyyatı üçün çox müsbətdir:"Çünki birbaşa xarici investisiyaların qoyulması ilə ölkəyə beynəlxalq bilik və təcrübələr gətirilir. Əksər hallarda ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar uğurlu olur". O, bildirib ki, son dövrlərdə Azərbaycanda aparılan islahatlar (Ələt azad iqtisadi zonasının yaradılması və s.), regionda ölkəmizin yetərincə nüfuza malik olması xarici investorlarda inam yaradıb və onlar respublikamıza investisiya qoyurlar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qoyulan xarici investisiyaların gələcəkdə artacağını gözləyirəm. Azərbaycan və Rusiya 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıb Qeyd edək ki, cari ilin yanvar ayında Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur. Yol xəritəsinin imzalanması Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçuk ilə keçirdiyi görüşdə baş tutub. Görüşdə qarşılıqlı investisiya sahəsində həyata keçirilən uğurlu layihələrin əhəmiyyəti qeyd olunub, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Yeni ölkələr sərmayə qoyublar Əlavə edək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana böyük məbləğli investisiya yatıran ilk üç ölkə Birləşmiş Krallıq, Türkiyə və Kipr olub. Amma buna baxmayaraq hər üç ölkədən yatırılan investisiyaların məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə azalıb. Hesabat dövründə Braziliya, Koreya Respublikası, Əlcəzair və Malta dövlətləri ölkəmizə sərmayə qoymağa başlayıb. Ötən il Rusiyadan Azərbaycana investisiya qoyuluşu artıb Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyanın məbləği illik müqayisədə 19,1 faiz artıb. Keçən il Rusiya Azərbaycana 617 milyon dollar məbləğində birbaşa investisiya yatırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240430/azerbaycanla-ozbekistan-qarsiliqli-investisiya-sahesinde-emekdasligi-genislendirir-464296033.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/74/422047403_345:0:3074:2047_1920x0_80_0_0_c35419c7df9a665aa8664cf017310475.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
investisiya, rusiya, birləşmiş ərəb əmirlikləri, ekspert, artım, mərkəzi bank, türkiyə, ingiltərə, kipr, azərbaycan
investisiya, rusiya, birləşmiş ərəb əmirlikləri, ekspert, artım, mərkəzi bank, türkiyə, ingiltərə, kipr, azərbaycan
Azərbaycana investisiyaları ən çox artıran ölkələr - Cədvəldə yeni dövlətlər də var
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87,6 faiz təşkil edib. İqtisadçılar bildiriblər ki, ölkəyə birbaşa investisiyaların yatırılması mühüm əhəmiyyət daşıyır.
BAKI, 21 iyun — Sputnik. Azərbaycana birbaşa xarici investisiya qoyuluşu artır. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 1,5 milyard dollar təşkil edib. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 0,4 faiz çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87,6 faiz təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 186,5 milyon dollar olub.
İnvestisiyanı ən çox artıran ölkələr hansılardır?
Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Azərbaycana investisiyaları ən çox artıran ölkələr bəlli olub. Belə ki, Azərbaycana birbaşa xarici investisiya məbləğini ən çox artıran ölkə Birləşmiş Ərəb Əmirlikləridir. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübü ərzində 190,6 milyon dollar investisiya yatırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136,3 milyon dollar çoxdur.
İkinci yerdə Avstriya gəlir. Hesabat dövründə Avstriyadan ölkəmizə investisiya qoyuluşu 20,6 milyon dollar artaraq 27,1 milyon dollara çatıb.
Üçüncü yerdə isə İsveçrə gəlir. Belə ki, bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatına bu ölkə tərəfindən 12,6 milyon dollar məbləğində investisiya qoyulub. Keçən ilin eyni dövrü ilə müqayisədə investisiya məbləği 9,7 milyon dollar artıb.
İnvestisiya qoyuluşunu ən çox artıran ölkələr içərisində Rusiya dördüncü yerdədir. Belə ki, Rusiya Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübü ərzində 55,5 milyon dollar məbləğində investisiya yatırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon dollar çoxdur.
Beşinci sırada isə Gürcüstan dayanır. Hesabat dövründə Gürcüstandan ölkəmizə investisiya qoyuluşu illik müqayisədə 3 milyon dollardan çox artaraq 9,1 milyon dollara çatıb.
İnvestisiya qoyuluşunu ən çox artıran ölkələr içərisində sonrakı yerləri İtaliya, Lüksemburq, Latviya və digər ölkələr tutub.
Birbaşa xarici investisiyaların artmasının səbəbi nədir?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, ölkəyə xüsusən də birbaşa investisiyaların yatırılması mühümdür:
"Çünki birbaşa investisiyalar uzunmüddətli dövr üçün qoyulur, eyni zamanda rəqabəti artırır, ölkəyə beynəlxalq bilik və texnologiyalar gətirir. Həm neft-qaz sektoruna həm də qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi müsbətdir. Amma neft-qaz sektoruna daha çox xarici investisiya yatırılır. Çünki bu əmtəələrin bazarı var, satış riskləri aşağıdır, dövlət bu sahədə olan investisiya müqavilələrinə zəmanət verir".
Ekspertin sözlərinə görə, Rusiyadan Azərbaycana investisiya qoyuluşunu daha da artırmaq mümkündür. Digər tərəfdən, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycanın investisiya cəlbediciliyi artıb.
"Ölkəyə beynəlxalq bilik və təcrübələr gətirilir"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, birbaşa xarici investisiyaların artması Azərbaycan iqtisadiyyatı üçün çox müsbətdir:
"Çünki birbaşa xarici investisiyaların qoyulması ilə ölkəyə beynəlxalq bilik və təcrübələr gətirilir. Əksər hallarda ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar uğurlu olur".
O, bildirib ki, son dövrlərdə Azərbaycanda aparılan islahatlar (Ələt azad iqtisadi zonasının yaradılması və s.), regionda ölkəmizin yetərincə nüfuza malik olması xarici investorlarda inam yaradıb və onlar respublikamıza investisiya qoyurlar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qoyulan xarici investisiyaların gələcəkdə artacağını gözləyirəm.
Azərbaycan və Rusiya 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıb
Qeyd edək ki, cari ilin yanvar ayında Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Yol xəritəsinin imzalanması Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçuk ilə keçirdiyi görüşdə baş tutub. Görüşdə qarşılıqlı investisiya sahəsində həyata keçirilən uğurlu layihələrin əhəmiyyəti qeyd olunub, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Yeni ölkələr sərmayə qoyublar
Əlavə edək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana böyük məbləğli investisiya yatıran ilk üç ölkə Birləşmiş Krallıq, Türkiyə və Kipr olub. Amma buna baxmayaraq hər üç ölkədən yatırılan investisiyaların məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə azalıb. Hesabat dövründə Braziliya, Koreya Respublikası, Əlcəzair və Malta dövlətləri ölkəmizə sərmayə qoymağa başlayıb.
Ötən il Rusiyadan Azərbaycana investisiya qoyuluşu artıb
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyanın məbləği illik müqayisədə 19,1 faiz artıb. Keçən il Rusiya Azərbaycana 617 milyon dollar məbləğində birbaşa investisiya yatırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.