https://sputnik.az/20240621/azerbaycan-iki-ermeni-herbcinin-meyitlerinin-qaliqlarini-qarsi-terefe-verib-465519848.html
Azərbaycan iki erməni hərbçinin meyitlərinin qalıqlarını qarşı tərəfə verib
Azərbaycan iki erməni hərbçinin meyitlərinin qalıqlarını qarşı tərəfə verib
Sputnik Azərbaycan
Qalıqların 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki erməni hərbçisinə aid olması... 21.06.2024, Sputnik Azərbaycan
2024-06-21T16:05+0400
2024-06-21T16:05+0400
2024-06-21T16:14+0400
ermənistan
cəmiyyət
meyit
hərbçi
erməni hərbçi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_0:294:3077:2025_1920x0_80_0_0_4a552a5701e3129610ff461882c49940.jpg
BAKI, 21 iyun — Sputnik. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işləri nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülüb. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər ki, qalıqların 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki erməni hərbçisinə aid olması müəyyənləşdirilib. Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması təsdiqini tapıb. Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək, üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını iyunun 21-də Ermənistana təhvil verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_63:0:2794:2048_1920x0_80_0_0_f95f4777db99e448a4e835a747d79be1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, meyit, hərbçi, erməni hərbçi
ermənistan, meyit, hərbçi, erməni hərbçi
Azərbaycan iki erməni hərbçinin meyitlərinin qalıqlarını qarşı tərəfə verib
16:05 21.06.2024 (Yenilənib: 16:14 21.06.2024) Qalıqların 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki erməni hərbçisinə aid olması müəyyənləşdirilib.
BAKI, 21 iyun — Sputnik. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işləri nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülüb.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər ki, qalıqların 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki erməni hərbçisinə aid olması müəyyənləşdirilib.
Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması təsdiqini tapıb.
Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək, üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını iyunun 21-də Ermənistana təhvil verib.