Tarixdə bu gün: 20 iyun – FOTO
© Sputnik20 iyun
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 20 iyun — Sputnik. İyunun 20-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 20-də kim anadan olub?
Cahangir Cahangirov (1921 - 1992) - Azərbaycan SSR xalq artisti, bəstəkar və dirijordur. O, "Füzuli", "Nəsimi", "Sabir", "Hüseyn Cavid-59" və bir sıra operaların, kantataların, simfonik poemaların müəllifidir.
Vyaçeslav Kotenoçkin (1927 - 2000) - Sovet və Rusiya animator rejissoru, rəssamı, RSFSR xalq artistidir. O, "Lizyukov küçəsindən bala pişik ", "Dişləyən ələ keçdi!", "Səyyah qurbağa", "Qəribə quş", "Nu poqodi!" cizgi filmlərinin rejissorudur.
© Sputnik / Юрий ИвановVyaçeslav Kotenoçkin
Vyaçeslav Kotenoçkin
© Sputnik / Юрий Иванов
Robert Rojdestvenski (1932 - 1994) - rusiyalı şair, tərcüməçi və bir çox mahnıların müəllifidir. "Baharın bayraqları", "Sınaq" onun məşhur toplularıdır.
© Sputnik / Александр ПоляковRobert Rojdestvenski
Robert Rojdestvenski
© Sputnik / Александр Поляков
Vladimir Koryonov (1940 - 2021) - Sovet və Rusiya teatr və kino aktyoru, RF xalq artistidir. O, "Amfibiya adam", "Əgər mənimlə olmasan", "Qabaqcadan hiss etmə" və s. filmlərdə rol alıb.
Vladimir Korenev
© Sputnik / Evgeniy Odinokov
/ Nikol Kidman (1967) - Avstraliya və ABŞ aktrisası, müğənnidir. O, "Saat" filmində Virciniya Vulf roluna görə 2003-cü ildə "Oskar" mükafatı laureatıdır. Aktrisa "Peddinqtonun macəraları", "Akvamen" və başqa filmlərdə bir çox obrazları canlandırıb.
© AFP 2024 / MICHAEL TRANNikol Kidman
Nikol Kidman
© AFP 2024 / MICHAEL TRAN
20 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1793-cü ildə amerikalı Eli Uitni pambıq təmizləyici maşınını patentləşdirib.
1840-cı ildə amerikalı ixtiraçı Samuel Morse elektromaqnit teleqrafını patentləşdirib.
1895-ci ildə Baltik və Şimal dənizlərini birləşdirən Kil kanalı istifadəyə verilib. Onun uzunluğu 98 km, eni 100 m-dən çox, dərinliyi isə 11 m-dir. Kanal 8 il ərzində tikilib və Avropanın ən böyük dəniz yollarından biridir.
1990-cı ildə Özbəkistanın dövlət suverenliyi haqqında bəyannamə qəbul edilib.
2000-ci ildə BMT Baş Assambleyası 20 iyun Ümumdünya Qaçqınlar Gününün keçirilməsi ilə bağlı xüsusi qətnamə qəbul edib. Bu günün əsas məqsədi doğma ocaqlarından məhrum olan, torpaqlarından didərgin düşmüş insanlara dəstək olmaqdır.