Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şimal-Cənub dəhlizinin Rəştlə Xəzər limanı arasında olan hissəsi istifadəyə verilib

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidDəmiryolu, arxiv
Dəmiryolu, arxiv - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Rəşt-Xəzər hissəsi 162 km uzunluğunda olan Rəşt-Astara dəmir yolunun birinci mərhələsidir.
BAKI, 20 iyun — Sputnik. İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan İranın Rəşt şəhərindən Xəzər limanına qədər olan dəmir yolunun hissəsinin açılış mərasimində iştirak edib. Bu İranın IRIB telekanalı tərəfindən yayımlanıb.
Ənzəli azad iqtisadi zonasının ərazisində baş tutan tədbirdə İslam Respublikasının yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş da iştirak edib. Onların iştirakı ilə yeni dəmir yolu xəttində simvolik yükləmə-boşaltma işləri aparılıb.
İyunun 19-da "Tasnim" agentliyi ad çəkmədən Rusiya prezidentinin köməkçisi və Azərbaycan baş nazirinin müavininin mərasimdə iştirakının planlaşdırıldığını bildirib.
Rəşt-Xəzər hissəsi 162 km uzunluğunda olan Rəşt-Astara dəmir yolunun birinci mərhələsidir. O, Şimal-Cənub dəhlizinin quru hissələrini birləşdirəcək və transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Layihənin həyata keçirilməsi üçün Moskva Tehrana 1,3 milyard avro dəyərində dövlətlərarası kredit ayırır, layihənin ümumi dəyəri isə 1,6 milyard avro qiymətləndirilir.
Bütün xəttin 2027-2028-ci illərdə tikiləcəyi gözlənilir. Rusiya səlahiyyətliləri bu layihənin Süveyş kanalına alternativ ola biləcəyini, həm Avropaya, həm də Rusiyadan Fars körfəzinə tranzit nəqli üçün başdan-başa marşrut yaradacağını gözləyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0