https://sputnik.az/20240620/rusiya-ve-vyetnam-asean-a-ve-set-arasinda-emekdasliga-tohfe-verecekler-465501808.html
Rusiya və Vyetnam ASEAN, Aİİ və ŞƏT arasında əməkdaşlığa töhfə verəcəklər
Rusiya və Vyetnam ASEAN, Aİİ və ŞƏT arasında əməkdaşlığa töhfə verəcəklər
Sputnik Azərbaycan
Moskva və Hanoy Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu və regional parlamentlərarası strukturlar çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirəcəklər. 20.06.2024, Sputnik Azərbaycan
2024-06-20T20:54+0400
2024-06-20T20:54+0400
2024-06-20T20:54+0400
iqtisadiyyat
rusiya
avrasiya iqtisadi ittifaqı
vyetnam
rusiya-asean sammiti
şanxay əməkdaşlıq təşkilatı
səfər
kxdr
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465499490_0:0:3071:1728_1920x0_80_0_0_c5d885390ba1551654894b328d72bcad.jpg
BAKI, 20 iyun - Sputnik. Rusiya və Vyetnam Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlığın artırılmasına töhfə verəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putinin respublikaya səfərinin yekunları üzrə iki ölkənin birgə bəyanatında deyilir.Sənəddə qeyd edilir ki, Rusiya və Vyetnam Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu və regional parlamentlərarası strukturlar (ASEAN Parlamentlərarası Assambleyası, Asiya-Sakit Okean Parlament Forumu, Asiya Parlament Assambleyası) çərçivəsində qarşılıqlı fəaliyyətini davam etdirəcəklər.Bəyanatda deyilir ki, Rusiya və Vyetnam BMT Nizamnaməsinə əsaslanan ədalətli və davamlı çoxqütblü dünya nizamının formalaşmasına töhfə verəcək.Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin KXDR-ə dövlət səfərindən sonra Moskva vaxtı ilə iyunun 19-da axşam saatlarında Vyetnama gəlib.Bu, Putinin Vyetnama beşinci səfəridir; o, daha əvvəl 2001, 2006, 2013 və 2017-ci illərdə Asiya dövlətinə səfər edib.Hazırkı danışıqlar zamanı Rusiya-Vyetnam hərtərəfli strateji tərəfdaşlıq məsələlərinin bütün spektri müzakirə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
kxdr
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465499490_340:0:3071:2048_1920x0_80_0_0_27ce24cf2d145a034517709dd00bae9e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya, avrasiya iqtisadi ittifaqı, vyetnam, rusiya-asean sammiti, şanxay əməkdaşlıq təşkilatı, səfər, kxdr
rusiya, avrasiya iqtisadi ittifaqı, vyetnam, rusiya-asean sammiti, şanxay əməkdaşlıq təşkilatı, səfər, kxdr
Rusiya və Vyetnam ASEAN, Aİİ və ŞƏT arasında əməkdaşlığa töhfə verəcəklər
Moskva və Hanoy Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu və regional parlamentlərarası strukturlar çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirəcəklər.
BAKI, 20 iyun - Sputnik. Rusiya və Vyetnam Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlığın artırılmasına töhfə verəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putinin respublikaya səfərinin yekunları üzrə iki ölkənin birgə bəyanatında deyilir.
“Tərəflər regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsini və regionlararası əlaqə ilə bağlı təşəbbüslərin, o cümlədən Böyük Avrasiya Tərəfdaşlığı layihəsinin həyata keçirilməsini dəstəkləyir, həmçinin ASEAN ilə Avrasiya İqtisadi İttifaqı arasında iqtisadi əlaqələrin gücləndirilməsi potensialını araşdıracaqlar”, - bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, Rusiya və Vyetnam Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu və regional parlamentlərarası strukturlar (ASEAN Parlamentlərarası Assambleyası, Asiya-Sakit Okean Parlament Forumu, Asiya Parlament Assambleyası) çərçivəsində qarşılıqlı fəaliyyətini davam etdirəcəklər.
Bəyanatda deyilir ki, Rusiya və Vyetnam BMT Nizamnaməsinə əsaslanan ədalətli və davamlı çoxqütblü dünya nizamının formalaşmasına töhfə verəcək.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin KXDR-ə dövlət səfərindən sonra Moskva vaxtı ilə iyunun 19-da axşam saatlarında Vyetnama gəlib.
Bu, Putinin Vyetnama beşinci səfəridir; o, daha əvvəl 2001, 2006, 2013 və 2017-ci illərdə Asiya dövlətinə səfər edib.
Hazırkı danışıqlar zamanı Rusiya-Vyetnam hərtərəfli strateji tərəfdaşlıq məsələlərinin bütün spektri müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.