Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

© AR Ministry of DefenceRadiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması, bölmələrə tapşırıqların çatdırılması üzrə praktiki fəaliyyətlər məşq etdirilib.
BAKI, 20 iyun — Sputnik. Cari ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məılumata görə, ssenariyə uyğun olaraq, təlimə cəlb olunan bölmələr döyüşə hazırolma dərəcəsinə gətirilib, döyüş təyinatı rayonuna çıxarılıb.
Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması, bölmələrə tapşırıqların çatdırılması üzrə praktiki fəaliyyətlər məşq etdirilib.
Radiasiya və kimyəvi kəşfiyyat bölmələrinin qüvvələri ilə mövcud şəraitin izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib, şərti düşmənin kütləvi qırğın silahı tətbiq etməsinə hazırlığı vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülüb, həmçinin radiasiya, kimyəvi və bioloji çirklənmə şəraitində fəaliyyət göstərən bölmələrin təhlükəsizliyi təmin edilib.
Təlimin keçirilməsində əsas məqsəd komandirlərin bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin döyüşün hərtərəfli təminatı və qarşılıqlı fəaliyyətin təşkilində təcrübə qazanmalarına imkan yaratmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0