Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankın sədri: "Dünyada təbii fəlakətlər ciddi maliyyə itkilərinə səbəb olur"

© Photo : Central Bank of the Republic of AzerbaijanTaleh Kazımov
Taleh Kazımov  - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Bildirilib ki, AMB "2023-2026-cı illər üzrə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi"ni təsdiqləyib. Bu sənəddə dayanıqlı maliyyə sistemləri və onun sabitliyini təmin edilməsi öz əksini tapıb.
BAKI, 20 iyun — Sputnik. Dünyada baş verən təbii fəlakətlər həm əhali həm biznes həm də dövlətlər üçün ciddi maliyyə itkilərinə səbəb olur. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən beynəlxalq sığorta forumunda bildirib.

"Belə bir dövrdə ekoloji-sosial və idarəetmə amillərinin rolu artır. Bu səbəbdən Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan milli prioritetlərin reallaşdırılmasına töhfə vermək, eləcə də dayanıqlı maliyyə axınlarını təmin etmək məqsədi ilə AMB "2023-2026-cı illər üzrə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi"ni təsdiqləyib. Bu sənəddə dayanıqlı maliyyə sistemləri və onun sabitliyini təmin edilməsi öz əksini tapıb", - sədr qeyd edib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub və burada maliyyə, o cümlədən sığorta sektorunun rolu böyükdür. Son 3 ildə sığorta sektorunun aktivləri 34,2%, balans kapitalı isə 7,7% artıb. Bu müdətdə ölkədə sığorta haqları 67,8% artaraq 1,22 milyard manata, sığorta ödənişləri isə 26,3% artaraq 587 milyon manata çatıb.
Qeyd edək ki, Bakıda beynəlxalq sığorta forumu keçirilir. İki gün davam edəcək forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0