CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəbədə ölənlər arasında azərbaycanlılar var? Rəsmi açıqlama

© AFP 2024 / FADEL SENNASəudiyyə Ərəbistanında yerdə uzanmış zəvvar
Səudiyyə Ərəbistanında yerdə uzanmış zəvvar - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Eksklüziv
"France-Presse" agentliyi ərəb diplomata istinadən builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu barədə xəbər yayıb.
BAKI, 20 iyun — Sputnik. "Azərbaycandan Həcc ziyarətinə yola düşən zəvvarlar arasında ölüm hadisəsi baş verməyib. Zəvvarlarımıza isti havada əziyyət çəkməmələri üçün hər cür təminat göstərilir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu barədə xəbərə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri söyləyib.
Qeyd edək ki, "France-Presse" agentliyi ərəb diplomata istinadən builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu barədə xəbər yayıb. Məlumata görə, ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır. Bununla belə, Səudiyyə Ərəbistanı ölkədə istidən həlak olan zəvvarlar barədə məlumat yaymayıb.
© Photo : REPORTVüsal Cahangiri
Vüsal Cahangiri - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Vüsal Cahangiri
V.Cahangiri isə bildirib ki, Məkkədə ölüm halları əsasən yaşı ötmüş insanlar, eləcə də qaçaq yolla gələnlər, sığınacaq və təminatları olmayan arasında qeydə alınır.

"Bizim zəvvarlar lazımi şəraitlə təmin olunur. Səhra şəraitində soyuq su, buz, kondisionerlə təminat yüksək səviyyədədir. Bu saata qədər azərbaycanlı zəvvarlar arasında ölüm halı yaşanmayıb. Artıq zəvvarlar Həcc ayinlərini başa çatdırıblar, onlar hazırda hoteldədirlər. Hara getsələr kondisionerli nəqliyyat vasitəsi ilə təmin olunurlar. Əsas çətinliklər başa çatıb. Bundan sonra kimsə vəfat edərsə, onu əcəl haqlamış olacaq", - Vüsal Cahangiri bildirib.

O, ötən illə müqayisədə Məkkədə bu il temperaturun daha yüksək olduğunu söyləyib. Bildirib ki, günəş altında maksimum 48, kölgədə isə 42 dərəcə isti qeydə alınıb.
Xatırladaq ki, bazar ertəsi Məkkədə havanın temperaturu 51 dərəcəyə çatıb. Daha əvvəl isə Həcc ziyarəti zamanı istidən 550 nəfərin öldüyü açıqlanmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0