Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ərdoğan Azərbaycana səfər edəcək

© AFP 2024 / ANGELOS TZORTZINISTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Türkiyə Prezidenti Azərbaycana səfər edəcək, burada Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə toplantısının iştirakçıları ilə görüşlər keçirəcək.
BAKI, 20 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda Qazaxıstan, Azərbaycan, ABŞ və Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər etməyi planlaşdırır.
Türkiyə liderinin xarici səfərləri iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçiriləcəyi Astana şəhəri ilə başlayacaq.
Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan iyulda Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşə bilər.
Türkiyə Prezidenti daha sonra Azərbaycana səfər edəcək, burada Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə toplantısının iştirakçıları ilə görüşlər keçirəcək. Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək.
Türkiyə Prezidenti deyib: "Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm".
Xatırladaq ki, fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib ki,
Türkiyə liderinin iyulun 9-11-də NATO sammitinin keçiriləcəyi ABŞ-a səfəri də planlaşdırılır. Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüş də daxil olmaqla bir sıra təmasları nəzərdə tutulub.
Nəhayət iyulun 20-də Prezident Ərdoğan Türk Silahlı Qüvvələrinin Kiprdəki sülhməramlı əməliyyatının 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərin keçiriləcəyi Lefkoşada olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0