https://sputnik.az/20240620/dogum-evinde-tibb-iscisinin-korpenin-atasindan-pul-istemesi-meselesi-arasdirilir---tebb-465496551.html
Doğum evində tibb işçisinin körpənin atasından pul istəməsi məsələsi araşdırılır - TƏBİB
Doğum evində tibb işçisinin körpənin atasından pul istəməsi məsələsi araşdırılır - TƏBİB
Sputnik Azərbaycan
Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib. 20.06.2024, Sputnik Azərbaycan
2024-06-20T17:38+0400
2024-06-20T17:38+0400
2024-06-20T17:38+0400
cəmiyyət
qazi
doğum evi
pul
təbib
körpə
https://cdnn1.img.sputnik.az/img/42283/48/422834851_0:206:3072:1934_1920x0_80_0_0_952593d401da9bf0f728edc24c6bf0f7.jpg
BAKI, 20 iyun — Sputnik. Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evində tibb işçisinin yeni doğulan körpənin atasından pul istəməsi ilə bağlı məsələ araşdırılır. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, iyunun 19-u saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün adıçəkilən Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib. Xatırladaq ki, görüntülərdə körpənin atası Qarabağ qazisi və doğum evinin dövlət xəstəxanası olduğunu deyərək pul istənilməsini düzgün saymadığı, tibb işçisinin isə buna məhəl qoymadığı əks olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42283/48/422834851_0:0:2732:2048_1920x0_80_0_0_fe512e0152a8517715d930df5437a19f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qazi, doğum evi, pul, təbib, körpə
qazi, doğum evi, pul, təbib, körpə
Doğum evində tibb işçisinin körpənin atasından pul istəməsi məsələsi araşdırılır - TƏBİB
Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.
BAKI, 20 iyun — Sputnik. Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evində tibb işçisinin yeni doğulan körpənin atasından pul istəməsi ilə bağlı məsələ araşdırılır.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, iyunun 19-u saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün adıçəkilən Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.
"Görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.
Xatırladaq ki, görüntülərdə körpənin atası Qarabağ qazisi və doğum evinin dövlət xəstəxanası olduğunu deyərək pul istənilməsini düzgün saymadığı, tibb işçisinin isə buna məhəl qoymadığı əks olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.