https://sputnik.az/20240620/derman-teminati-ile-bagli-yenilikler-olacaq-465478519.html
Dərman təminatı ilə bağlı yeniliklər olacaq
Dərman təminatı ilə bağlı yeniliklər olacaq
Sputnik Azərbaycan
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri bildirib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur. 20.06.2024, Sputnik Azərbaycan
2024-06-20T12:51+0400
2024-06-20T12:51+0400
2024-06-20T13:40+0400
səhiyyə
icbari tibbi sığorta
dərman
təminat
azərbaycan
sığorta
forum
https://cdnn1.img.sputnik.az/img/42374/10/423741080_0:54:1200:729_1920x0_80_0_0_f5e01532586dc24fbdafae000f2e7d32.jpg
BAKI, 20 iyun — Sputnik. "Azərbaycanda ambulator şəraitdə dərman təminatı ilə bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub". Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur: Xatırladaq ki, hələ ötən ildən Azərbaycanda yerli və beynəlxalq ekspertlərlə, əsasən də türkiyəli mütəxəssislərlə birgə vətəndaşlara ambulator şəraitdə dərmanların verilməsi istiqamətində mexanizmlər hazırlanırdı.Hazırda tibb müəssisələrinin təminatında olan dərmanların sayı 405-ə çatdırılıb. Bu da keçən illə müqayisədə 60 dərman çoxdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva mətbuata açıqlamasında bildirib ki, ilk yerdə yüksək təzyiqdən əziyyət çəkənlərdir.Birinci mərhələdə onlara dərmanlar veriləcək. Mərhələli şəkildə digər xəstəliklər üzrə də dərmanların verilməsi həyata keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/10/423741080_28:0:1092:798_1920x0_80_0_0_fb95a3cc88513c6e06e3d2b268887e32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
icbari tibbi sığorta, dərman, təminat, azərbaycan, sığorta, forum
icbari tibbi sığorta, dərman, təminat, azərbaycan, sığorta, forum
Dərman təminatı ilə bağlı yeniliklər olacaq
12:51 20.06.2024 (Yenilənib: 13:40 20.06.2024) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri bildirib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur.
BAKI, 20 iyun — Sputnik. "Azərbaycanda ambulator şəraitdə dərman təminatı ilə bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub". Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur:
"Bu, böyük bir ehtiyacdır. Bununla bağlı layihə təsdiq olunduqdan sonra qarşıdakı 3 ildə mərhələli şəkildə həyata keçiriləcək".
Xatırladaq ki, hələ ötən ildən Azərbaycanda yerli və beynəlxalq ekspertlərlə, əsasən də türkiyəli mütəxəssislərlə birgə vətəndaşlara ambulator şəraitdə dərmanların verilməsi istiqamətində mexanizmlər hazırlanırdı.
Hazırda tibb müəssisələrinin təminatında olan dərmanların sayı 405-ə çatdırılıb. Bu da keçən illə müqayisədə 60 dərman çoxdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva mətbuata açıqlamasında bildirib ki, ilk yerdə yüksək təzyiqdən əziyyət çəkənlərdir.
Birinci mərhələdə onlara dərmanlar veriləcək. Mərhələli şəkildə digər xəstəliklər üzrə də dərmanların verilməsi həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.