CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat nikah yaşı ilə bağlı qadağaya qarşı çıxdı

© AFP 2024 / Matt CowanNişan
Nişan - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Layihədə qeyd olunub ki, qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir.
BAKI, 20 iyun — Sputnik. Milli Məclisin deputatı Tahir Kərimli nikah yaşının 1 il azaldılmasının qadağan edilməsinə qarşı çıxıb.
Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı danışıb.
© REPORTMilli Məclisin deputatı Tahir Kərimli
Milli Məclisin deputatı Tahir Kərimli - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Milli Məclisin deputatı Tahir Kərimli

"Mən rayon icra hakimiyyətinin qərarı ilə 1 il tez evlənən ailələrdən birində problem görməmişəm. Necə ola bilir ki, 16 yaşına çatmış şəxslər arasında qanundan və nikahdan kənar, əxlaqsızlıq hesab etdiyim cinsi münasibətlər olur, amma heç bir cəza tətbiq edilmir? Amma 17 yaş 9 aylıq, atası ağır xərçəng xəstəsi və ölüm ərəfəsində olan birinə rayon icra hakimiyyəti nikaha icazə verir və buna "uşaq psixologiyası pozulur" deyirik", - o qeyd edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə T.Kərimliyə cavabında bildirib ki, erkən nikahla bağlı icra hakimiyyətindən icazə alınır, lakin baxırsan ki, cəmi 1 %-in ata-anası ağır vəziyyətdədir.

"Statistikaya baxsaq görərik ki, evlənmək istəməyən nə qədər qız uşağı özünü öldürür. Şəxsən neçəsi evdən qaçıb mənim yanıma gəlib ki, evlənmək istəmirəm. Bəs onlara necə kömək edək?! Bu 1 il gözləmək nə üçün belə böyük problemə çevrilib ki, bunlar dözə bilmirlər 18 yaşına çatsın sonra ailə qursun?", - Komitə sədri əlavə edib.

Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Təklif edilən dəyişikliyə əsasən isə bu maddə ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.
Layihədə qeyd olunub ki, qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir.
Üzrlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir.
Rəsmi məlumata görə, ötən il 271 nəfər 18 yaşı tamam olmamış şəxsə nikaha girməyə icazə verilib. Komitə bu barədə rəsmi rəqəmləri açıqlamasa da, hesabatda bildirilir ki, evlilik yaşının 1 il endirilməsi üçün hamiləlik və uşağın doğulması ilə bağlı səbəblər var.
Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaşdır. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0