CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı zəvvarların Məkkədən geri dönəcəyi tarix açıqlandı

© AFP 2023 / SAJJAD HUSSAINHəcc ziyarəti
Həcc ziyarəti - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Eksklüziv
Vüsal Cahangiri bildirib ki, zəvvarlarımızın Məkkədən son uçuşu iyulun 1-də olacaq.
BAKI, 20 iyun — Sputnik. Azərbaycanlı zəvvarların ilk qrupunun Məkkədən Vətənə qayıtmasına iyunun 26-dan başlanacaq. Bu barədə Sputnik Azərbaycan-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O bildirib ki, iyunun 26-dan ilk uçuşlara başlanılacaq. Son uçuş isə iyulun 1-də olacaq.
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədəki Böyük məsciddə temperaturun 51,8 dərəcəyə çatdığını qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0