https://sputnik.az/20240620/azerbaycanda-taxil-bicini-davam-edir---ne-qeder-mehsul-yigilib-465491464.html
Azərbaycanda taxıl biçini davam edir - Nə qədər məhsul yığılıb?
Azərbaycanda taxıl biçini davam edir - Nə qədər məhsul yığılıb?
Sputnik Azərbaycan
Ölkə üzrə arpa əkini sahələrinin 58,7 faizində, buğda sahələrinin 9,2 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta... 20.06.2024, Sputnik Azərbaycan
2024-06-20T18:47+0400
2024-06-20T18:47+0400
2024-06-20T18:47+0400
taxıl
iqtisadiyyat
kənd təsərrüfatı nazirliyi
əkin-biçin
ton
milyon
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333113_0:160:3073:1889_1920x0_80_0_0_e229f00576fbfd10e4023c0a22b851a0.jpg
BAKI, 20 iyun — Sputnik. Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 20-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Mexanizatorlar tərəfindən 303549 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 920344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir. Ölkə üzrə arpa əkini sahələrinin 58,7 faizində, buğda sahələrinin 9,2 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentner təşkil edir. İyunun 20-də biçin prosesinə 1572 kombayn cəlb olunub, bunlardan 626-sı "Aqroservis" ASC-nin, 946 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə bu mövsüm kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir. "Aqroservis" ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi "Aqroservis" ASC tərəfindən 2024-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirəcək mexanizatorlarla görüşlər təşkil edilib. Tədbirin təşkilində əsas məqsəd cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirməkdir. Görüşlərdə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib və mexanizatorların təklifləri dinlənilib. Görüşlərdən əvvəl mexanizatorlar üçün təlimlər təşkil edilib. Aprel ayının ilk həftəsindən başlayan təlimlər "Aqroservis" ASC-nin Yevlax təlim-tədris mərkəzi və Masallı DAİM-də təşkil edilib. Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, mexanizatorlar tərəfindən texnikaların idarə edilməsi, kombyanlara texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı onların bilik və bacarıqlarının artırılmasıdır. Xatırladaq ki, 2023-cü ildə ölkədə buğda istehsalı 2022-ci ilə nisbətən 5.6% artaraq 1.8 milyon ton olub. Buğdanın məhsuldarlığı 2023-cü ildə 33.8 sent/ha olub. Keçən il məhsuldarlıq səviyyəsi 2022-ci ilə nisbətən 6.0% artıb. Azərbaycana buğda idxalı əsasən Rusiya və Qazaxıstandan həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333113_171:0:2902:2048_1920x0_80_0_0_c20646ceab15f19696791e970affca9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
taxıl, kənd təsərrüfatı nazirliyi, əkin-biçin, ton, milyon
taxıl, kənd təsərrüfatı nazirliyi, əkin-biçin, ton, milyon
Azərbaycanda taxıl biçini davam edir - Nə qədər məhsul yığılıb?
Ölkə üzrə arpa əkini sahələrinin 58,7 faizində, buğda sahələrinin 9,2 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentner təşkil edir.
BAKI, 20 iyun — Sputnik. Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 20-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Mexanizatorlar tərəfindən 303549 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 920344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir.
Ölkə üzrə arpa əkini sahələrinin 58,7 faizində, buğda sahələrinin 9,2 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentner təşkil edir.
İyunun 20-də biçin prosesinə 1572 kombayn cəlb olunub, bunlardan 626-sı "Aqroservis" ASC-nin, 946 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə bu mövsüm kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.
"Aqroservis" ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi "Aqroservis" ASC tərəfindən 2024-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirəcək mexanizatorlarla görüşlər təşkil edilib. Tədbirin təşkilində əsas məqsəd cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirməkdir. Görüşlərdə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib və mexanizatorların təklifləri dinlənilib.
Görüşlərdən əvvəl mexanizatorlar üçün təlimlər təşkil edilib. Aprel ayının ilk həftəsindən başlayan təlimlər "Aqroservis" ASC-nin Yevlax təlim-tədris mərkəzi və Masallı DAİM-də təşkil edilib.
Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, mexanizatorlar tərəfindən texnikaların idarə edilməsi, kombyanlara texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı onların bilik və bacarıqlarının artırılmasıdır.
Xatırladaq ki, 2023-cü ildə ölkədə buğda istehsalı 2022-ci ilə nisbətən 5.6% artaraq 1.8 milyon ton olub. Buğdanın məhsuldarlığı 2023-cü ildə 33.8 sent/ha olub. Keçən il məhsuldarlıq səviyyəsi 2022-ci ilə nisbətən 6.0% artıb. Azərbaycana buğda idxalı əsasən Rusiya və Qazaxıstandan həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.