https://sputnik.az/20240620/azerbaycanda-qoyun-etinin-bahalasmasi-davam-edir-465494885.html
Azərbaycanda qoyun ətinin bahalaşması davam edir
Azərbaycanda qoyun ətinin bahalaşması davam edir
Sputnik Azərbaycan
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, may ayında qoyun ətinin 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 16,24 manat təşkil edib. 20.06.2024, Sputnik Azərbaycan
2024-06-20T21:40+0400
2024-06-20T21:40+0400
2024-06-20T21:40+0400
qoyun
iqtisadiyyat
ət
bahalaşma
azərbaycan
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426567739_0:315:3080:2048_1920x0_80_0_0_35f925e5d67ebc40bc3c6db30f64195b.jpg
BAKI, 20 iyun — Sputnik. Azərbaycanda qoyun ətinin bahalaşması davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, may ayında qoyun ətinin 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 16,24 manat təşkil edib. Bu, aprel ayı ilə müqayisədə 0,8 faiz, yanvar ayı ilə müqayisədə isə 1,5 faiz çox deməkdir. Qoyun idxalı kəskin azalıb Qeyd edək ki, Azərbaycanın diri qoyun idxalı kəskin azalıb. Bu ilin yanvar-aprel aylarında Azərbaycan Rusiya və Gürcüstandan cəmi 3580 baş diri qoyun idxal edib. Lakin keçən ilin eyni dövründə bu rəqəm 17952 baş olub. Xatırladaq ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Eldar Həsənov "Report"a deyib ki, Azərbaycanda qoyunların sayının azalmasına səbəb həm də onların erkən yaşda, az çəkidə kəsilməsidir:E.Həsənov əlavə edib ki, ölkədə intensiv və yarım intensiv qoyunçuluğun inkişafı əhəmiyyətlidir:"Bu sahədə fəaliyyət göstərən fermalar var. Fermerlər bu sahədə təcrübəni öyrənməli, tətbiq etməlidir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426567739_572:308:2891:2048_1920x0_80_0_0_95f8ff5b86d74bf0ef78a4fd44048b26.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qoyun, ət, bahalaşma, azərbaycan, kənd təsərrüfatı nazirliyi
qoyun, ət, bahalaşma, azərbaycan, kənd təsərrüfatı nazirliyi
Azərbaycanda qoyun ətinin bahalaşması davam edir
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, may ayında qoyun ətinin 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 16,24 manat təşkil edib.
BAKI, 20 iyun — Sputnik. Azərbaycanda qoyun ətinin bahalaşması davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, may ayında qoyun ətinin 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 16,24 manat təşkil edib. Bu, aprel ayı ilə müqayisədə 0,8 faiz, yanvar ayı ilə müqayisədə isə 1,5 faiz çox deməkdir.
Qoyun idxalı kəskin azalıb
Qeyd edək ki, Azərbaycanın diri qoyun idxalı kəskin azalıb. Bu ilin yanvar-aprel aylarında Azərbaycan Rusiya və Gürcüstandan cəmi 3580 baş diri qoyun idxal edib. Lakin keçən ilin eyni dövründə bu rəqəm 17952 baş olub.
Xatırladaq ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Eldar Həsənov "Report"a deyib ki, Azərbaycanda qoyunların sayının azalmasına səbəb həm də onların erkən yaşda, az çəkidə kəsilməsidir:
"Belə olan təqdirdə isə heyvan yetişdirilməsi tam aparılmır. Son illər iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təbii otaqlarda - bitki örtüyündə baş verən dəyişikliklər, yem çatışmazlığı da bahalaşmaya səbəb olan amillərdən biridir. Yem bazası da heyvandarlığın inkişafı üçün vacib şərtdir, bol olarsa, heyvanların yemlənməsi lazımi səviyyədə aparılarsa, məhsuldarlıq artar. Ölkə üzrə kəndətrafı örüş sahələrində də azalma var".
E.Həsənov əlavə edib ki, ölkədə intensiv və yarım intensiv qoyunçuluğun inkişafı əhəmiyyətlidir:
"Bu sahədə fəaliyyət göstərən fermalar var. Fermerlər bu sahədə təcrübəni öyrənməli, tətbiq etməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.