https://sputnik.az/20240620/azerbaycanda-en-cox-istifade-edilen-sosial-sebekeler---syahi-465491092.html
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr - SİYAHI
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr - SİYAHI
Sputnik Azərbaycan
Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 1,97 faiz bəndi, illik 4,43 faiz bəndi artaraq 14,57%-a çatıb. 20.06.2024, Sputnik Azərbaycan
2024-06-20T23:29+0400
2024-06-20T23:29+0400
2024-06-20T23:29+0400
sosial şəbəkə
cəmiyyət
azərbaycan
bazar
pay bölgüsü
"facebook"
instagram
"youtube"
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080949_0:146:3081:1879_1920x0_80_0_0_4b3e44a396c711fa5957a0e5c47c3206.jpg
BAKI, 20 iyun — Sputnik. Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə *"İnstagram" olub. "APA-Economics" bu barədə "StatCounter"a istinadən xəbər verir. Hesabat dövründə *"İnstagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 35,35% təşkil edib. Bu isə aprel ayı ilə müqayisədə 2,87 faiz bəndi və ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,6 faiz bəndi çoxdur. İstifadəçi sayına görə, ikinci yerdə 20,66% payla "Pinterest" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,3 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz bəndi az olub. Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 18,56% payla *"Facebook" olub. Bu, aprel ayı ilə müqayisədə 2,59 faiz bəndi, illik müqayisədə 13,24 faiz bəndi azdır. Qeyd edək ki, bu ilin mart ayında *"Facebook"un Azərbaycandakı bazar payı 34,6% təşkil edib. Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 1,97 faiz bəndi, illik 4,43 faiz bəndi artaraq 14,57%-a çatıb. May ayında "YouTube" istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb. Ötən ay "X" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,97 faiz bəndi, illik 2,21 faiz bəndi azaldaraq 6,32%-lə beşinci yerdə dayanıb. İstifadəçi sayına görə, altıncı yeri isə 1,85% payla "LinkedIn" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,35 faiz bəndi, illik 0,98 faiz bəndi artırıb. * Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080949_46:0:2777:2048_1920x0_80_0_0_453831d0af12a0f69c3733cd8a217c0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sosial şəbəkə, azərbaycan, bazar, pay bölgüsü, "facebook", instagram, "youtube"
sosial şəbəkə, azərbaycan, bazar, pay bölgüsü, "facebook", instagram, "youtube"
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr - SİYAHI
Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 1,97 faiz bəndi, illik 4,43 faiz bəndi artaraq 14,57%-a çatıb.
BAKI, 20 iyun — Sputnik. Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə *"İnstagram" olub. "APA-Economics" bu barədə "StatCounter"a istinadən xəbər verir.
Hesabat dövründə *"İnstagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 35,35% təşkil edib. Bu isə aprel ayı ilə müqayisədə 2,87 faiz bəndi və ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,6 faiz bəndi çoxdur.
İstifadəçi sayına görə, ikinci yerdə 20,66% payla "Pinterest" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,3 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz bəndi az olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 18,56% payla *"Facebook" olub. Bu, aprel ayı ilə müqayisədə 2,59 faiz bəndi, illik müqayisədə 13,24 faiz bəndi azdır. Qeyd edək ki, bu ilin mart ayında *"Facebook"un Azərbaycandakı bazar payı 34,6% təşkil edib.
Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 1,97 faiz bəndi, illik 4,43 faiz bəndi artaraq 14,57%-a çatıb. May ayında "YouTube" istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.
Ötən ay "X" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,97 faiz bəndi, illik 2,21 faiz bəndi azaldaraq 6,32%-lə beşinci yerdə dayanıb.
İstifadəçi sayına görə, altıncı yeri isə 1,85% payla "LinkedIn" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,35 faiz bəndi, illik 0,98 faiz bəndi artırıb.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.