Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ana və uşaq ölümlərinin səbəbi açıqlandı

© iStock.com / PekicHamilə qadın
Hamilə qadın - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Nazirliyin sektor müdirinin sözlərinə görə, ana ölümlərinin statistikasını təhlil edərkən müəyyən olunur ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir
BAKI, 20 iyun — Sputnik. Son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ana ölümlərinin statistikasını təhlil edərkən müəyyən olunur ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir:

"Məsələn, 2000-ci il təvəllüdlü ana üçüncü hamiləliyində doğuş zamanı ölürsə, deməli, onun ailə quranda 16-17 yaşı olub".

O, həmçinin qeyd edib ki, bu gün uşaqlarda anadangəlmə qüsurlar da çoxalıb.
"Nazirlər Kabinetinin müvafiq qərarı ilə nikahdan əvvəl müayinələr aparılır. Müayinələr zamanı vətəndaşa deyə bilmirik ki, evlənməyin. Biz tövsiyə verə bilərik ki, siz talassemiya daşıyıcısısız. Evlənsəniz, xəstə uşaq doğulacaq. Onları evlənib-evlənməməsi özlərindən asılıdır. Bu gün hətta talassemiyanın artıq ağır formaları çoxalıb. Əvvəl alfa forması çox idisə, indi isə delta formasına keçib", deyə nazirlik rəsmisi bildirib.
Qeyd edək ki, Azərbaycan uşaq ölümlərinin sayına görə keçmiş SSRİ-də üçüncü yeri tutur. Bu barədə Bakı Araşdırmalar İnstitutu məlumat yayıb. Məlumatda deyilir ki, 1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib. Amma bununla belə uşaq ölümü sayına görə ölkəmiz hələ də "yüksək pillə"lərdədir.
Ən çox uşaq ölümü qeydə alınan sabiq SSRİ-i ölkələrinə Türkmənistan başçılıq edir. Bu ölkədə doğulan hər 1000 uşaqdan 41,4-ü ölür. İkinci yerdə Tacikistan gəlir. Bu ölkədə isə 1000 uşaqdan 31,4-ü vaxtsız dünyaşını dəyişir. Bu sahədə ən uğurlu nəticə Estoniyaya məxsusdur- hər 1000 uşaqdan cəmisi 2-si tələf olur. Son üçlüyü ilə Belarus (2,7) və Latviya (3,3) tamamlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0