https://sputnik.az/20240619/vasinqton-qezzadaki-qurbanlarin-veziyyetinden-narahatdir---blinken-460316110.html
İsraili özünü müdafiə etməsi üçün lazım olan hər şeylə təmin edirik - Blinken
İsraili özünü müdafiə etməsi üçün lazım olan hər şeylə təmin edirik - Blinken
Sputnik Azərbaycan
ABŞ-ın dövlət katibi deyib ki, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib. 19.06.2024, Sputnik Azərbaycan
2024-06-19T13:25+0400
2024-06-19T13:25+0400
2024-06-18T21:59+0400
entoni blinken
dünya xəbərləri
antoni blinken
israil
fələstin
bmt təhlükəsizlik şurası
bmt təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460315944_0:0:2186:1230_1920x0_80_0_0_fddb9be23b48f448c0f1480832e08bea.jpg
BAKI, 19 iyun — Sputnik. ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb.Bunu NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.Onun sözlərinə görə, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib.Amerikalı diplomat deyib ki, “GBU-24” idarə olunan bombalar Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı narahatlıqlara görə İsrailə hələ ki, göndərilməyib:“Amma bütün digər silahlar həmişəki kimi verilir. Yenə də, İsrailin çoxsaylı problemlər qarşısında özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edirik”.06.11.23, 17:14Vaşinqton Qəzzadakı qurbanların vəziyyətindən narahatdırABŞ dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla danışıqlardan sonra Vaşinqtonun Qəzzada qurbanların vəziyyətindən narahat olduğunu və bu məsələdə İsraillə dialoq apardığını bildirib. "Biz günahsız mülki əhalinin necə əziyyət çəkdiyini görürük. Biz israillilərlə əlaqə saxlayırıq. Biz mülki itkilərin sayını azalda biləcək addımların tərəfdarıyıq", - Blinken hava limanında jurnalistlərə bildirib. Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə soxulub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşan əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: Su, ərzaq, elektrik enerjisi, dərman və yanacağın verilməsi dayandırılıb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putinin mövqeyinə görə, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. 1967-ci ildə paytaxtı Şərqi Qüdslə həmsərhəddir. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460315944_134:0:2077:1457_1920x0_80_0_0_710ff96fdee5dd18fb3bd5beeca46b9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
entoni blinken, antoni blinken, israil, fələstin, bmt təhlükəsizlik şurası, bmt təhlükəsizlik şurası
entoni blinken, antoni blinken, israil, fələstin, bmt təhlükəsizlik şurası, bmt təhlükəsizlik şurası
İsraili özünü müdafiə etməsi üçün lazım olan hər şeylə təmin edirik - Blinken
ABŞ-ın dövlət katibi deyib ki, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib.
BAKI, 19 iyun — Sputnik. ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib.
Amerikalı diplomat deyib ki, “GBU-24” idarə olunan bombalar Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı narahatlıqlara görə İsrailə hələ ki, göndərilməyib:
“Amma bütün digər silahlar həmişəki kimi verilir. Yenə də, İsrailin çoxsaylı problemlər qarşısında özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edirik”.
Vaşinqton Qəzzadakı qurbanların vəziyyətindən narahatdır
ABŞ dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla danışıqlardan sonra Vaşinqtonun Qəzzada qurbanların vəziyyətindən narahat olduğunu və bu məsələdə İsraillə dialoq apardığını bildirib.
"Biz günahsız mülki əhalinin necə əziyyət çəkdiyini görürük. Biz israillilərlə əlaqə saxlayırıq. Biz mülki itkilərin sayını azalda biləcək addımların tərəfdarıyıq", - Blinken hava limanında jurnalistlərə bildirib.
Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə soxulub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşan əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: Su, ərzaq, elektrik enerjisi, dərman və yanacağın verilməsi dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putinin mövqeyinə görə, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. 1967-ci ildə paytaxtı Şərqi Qüdslə həmsərhəddir.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.