CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 19 iyun – FOTO

© Sputnik19 iyun
19 iyun  - Sputnik Azərbaycan, 1920, 19.06.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 19 iyun — Sputnik. İyunun 19-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 19-da kim anadan olub?
Mövsün Sənani (1900 - 1981) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Arşın mal alan", "O olmasın, bu olsun", "Nadir şah", "Otello", "Bəxtiyar", "Sehrli xalat" və s. filmlərdə bir çox obrazları canlandırıb.
© Photo : Azerbaijan State Theater MuseumMöhsün Sənani
Möhsün Sənani - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Möhsün Sənani
Blez Paskal (1623 - 1662) - fransız riyaziyyatçısı, yazıçısı, fiziki, filosofu və ilahiyyatçıdır. O, riyazi analizin, ehtimal nəzəriyyəsinin və proyektiv həndəsənin banilərindən biri, hesablama texnikasının ilk nümunələrinin yaradıcısı, hidrostatikanın əsas qanununun müəllifidir.
© AFP 2024 / NICOLAS PESCHIERBlez Paskal
Blez Paskal - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Blez Paskal
Natalya Seleznyova 1945) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. O, "I" əməliyyatı və Şurikin digər sərgüzəştləri", "Ola bilməz!", "İvan Vasilyeviç peşəsini dəyişir" və s. filmlərdə rol alıb.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidNatalya Seleznyova
Natalya Seleznyova  - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Natalya Seleznyova
Jan Düjarden (1972) - fransız aktyorudur. O, "Agent 117: Qahirə - Casuslar yuvası", "Agent 117: Rioda missiya", "Artist" və "Xəzinə ovçuları" filmlərindəki oynadığı rollarla məşhurlaşıb. Aktyor "Oskar", "Qızıl Qlobus" və BAFTA mükafatlarının qalibidir.
© AFP 2024 / JULIEN DE ROSAJan Düjarden
Jan Düjarden - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Jan Düjarden
Zoi Saldana (1978) amerikalı aktrisa və rəqqasədir. O, dünya kinosu tarixində ən çox gəlir gətirən ilk üç filmdə rol alan yeganə aktrisadır. 2023-cü ildə "Time" jurnalı Zoi Saldananı dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edib.
© AFP 2024 / VALERY HACHEZoi Saldana
Zoi Saldana - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Zoi Saldana
Bircə Akalay (1984) Türkiyə aktrisası və modelidir. O, "Miss Türkiyə 2004" yarışmasında 3-cü yeri tutub. Aktrisa "Tale", "Göylə Yer arasında", "Evli və qəzəbli" və s. seriallarda rol alıb.
© Photo : Social media page of Birce AkalayBircə Akalay
Bircə Akalay  - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Bircə Akalay
19 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1846-cı ildə ABŞ-ın Nyu-Cersi şəhərində tarixdə ilk beysbol matçı keçirilib.
1862-ci ildə ABŞ-da köləlik qadağan edilib.
1961-ci ildə İngiltərədən ayrılan Küveyt müstəqilliyini elan edib.
2001-ci ildən etibarən FİFA ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) arasında bağlanmış razılaşma nəticəsində Ümumdünya Uşaq Futbolu Günü təsis edilib.
2015-ci ildə BMT Baş Assambleyası Münaqişələrdə Cinsi Zorakılığa qarşı Beynəlxalq Mübarizə Gününü təsis edib.
Xəbər lenti
0