https://sputnik.az/20240619/prezidentin-komekcisi-mina-hadiselerine-gore-ermenistan-mesuliyyet-dasiyir-465463949.html
Prezidentin köməkçisi: Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır
Prezidentin köməkçisi: Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır
Sputnik Azərbaycan
Hacıyev qeyd edib ki, Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmaları da buna nümunədir. 19.06.2024, Sputnik Azərbaycan
2024-06-19T14:46+0400
2024-06-19T14:46+0400
2024-06-19T14:46+0400
azərbaycan xəbərləri
hikmət hacıyev
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
mina
mina
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459177701_0:172:3029:1876_1920x0_80_0_0_096333abd86e850237d345a5e7626b52.jpg
BAKI, 19 iyun - Sputnik. Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir.“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir: “Təkcə keçmiş təmas xətti boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə minalaşdırma işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yolda minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsidir”.H.Hacıyev qeyd edib ki, Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmaları da buna nümunədir: "Əslində, o yol hərbi təyinatlı deyil. Amma yolun tank əleyhinə minalarla minalanması Ermənistanın niyyətinin nədən ibarət olduğunu göstərir. Ermənistan məqsədli şəkildə mina terrorunu həyata keçirir. Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin layəqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459177701_149:0:2880:2048_1920x0_80_0_0_7adcead9e58c35973c9018a1e9f2d776.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, mina, mina, ermənistan
hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, mina, mina, ermənistan
Prezidentin köməkçisi: Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır
Hacıyev qeyd edib ki, Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmaları da buna nümunədir.
BAKI, 19 iyun - Sputnik. Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir: “Təkcə keçmiş təmas xətti boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə minalaşdırma işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yolda minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsidir”.
H.Hacıyev qeyd edib ki, Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmaları da buna nümunədir: "Əslində, o yol hərbi təyinatlı deyil. Amma yolun tank əleyhinə minalarla minalanması Ermənistanın niyyətinin nədən ibarət olduğunu göstərir. Ermənistan məqsədli şəkildə mina terrorunu həyata keçirir. Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin layəqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır”.