https://sputnik.az/20240619/mtahandan-ikinci-defe-kesilen-muellimler---etn-keyfiyyetli-kadr-hazirligi-ucun-ne-edir-465373110.html
İmtahandan ikinci dəfə kəsilən müəllimlər - ETN keyfiyyətli kadr hazırlığı üçün nə edir?
İmtahandan ikinci dəfə kəsilən müəllimlər - ETN keyfiyyətli kadr hazırlığı üçün nə edir?
Sputnik Azərbaycan
Nazirliyin məlumatına görə, hər il ADPU-nun seçilmiş bakalavr və magistr tələbələri Danimarkanın, Polşa, Türkiyə, Rumıniya və Latviyanın qabaqcıl... 19.06.2024, Sputnik Azərbaycan
2024-06-19T11:29+0400
2024-06-19T11:29+0400
2024-06-19T11:29+0400
imtahan
təhsil
elm və təhsil nazirliyi
heydər əliyev
heydər əliyev mərkəzi
heydər əliyev fondu
müəllim
müəllimlər
müəllimlərin işə qəbulu
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457367808_0:104:2000:1229_1920x0_80_0_0_76b0c22ef2fc8f4eb5629b249f3acf79.jpg
BAKI, 19 iyun — Sputnik. İyunun 8-də ibtidai sinif müəllimləri üçün keçirilən sertifikatlaşdırma imtahanı müzakirəyə səbəb olub. Təhsil İnstitutu imtahanda istifadə olunmuş ixtisas suallarını açıqlayıb. Hər sualın yuxarı hissəsində isə yanlış cavablama və ya boş qoyma faizlə qeyd olunub. Bu suallardan biri isə daha çox müzakirələrə səbəb olub. Belə ki, sualın asan olmasına baxmayaraq 1209 müəllim tərəfindən cavablandırılmadığı və ya boş qoyulduğu maraq doğurub. Həmin sualı təqdim edirik: https://arti.edu.az/wp-content/uploads/2024/06/Ibtidai-sinif-08.06.2024_Az%C9%99rbaycan_dili.pdf Ən asan suallara belə ibtidai sinif müəllimlərinin cavab verə bilməməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəs görəsən Elm və Təhsil Nazirliyi müəllim peşəsi üzrə keyfiyyətli kadr hazırlığı istiqamətində hansı tədbirlər aparır? Sputnik Azərbaycan-ın sorğusuna Elm və Təhsil Nazirliyindən verilən cavabda bildirilib ki, ölkədə müəllim peşəsi üzrə kadr hazırlığının keyfiyyətinin artırılması üzrə tədbirlər xüsusi diqqətində saxlanılır. Xüsusilə 2020-ci ildə qəbul edilmiş yeni təhsil proqramlarının müasir dövrün tələbələrinə uyğunlaşdırılması, bu prosesdə Avropanın bəzi ölkələri ilə tivinninq layihəsi çərçivəsində tərtib edilmiş pilot tədris planlarının tətbiqi məzmun sahəsində atılmış mühüm addımlar olmuşdur. Yeni məzmunda pedaqoji səriştələri təmin edən fənnlər blokunun gücləndirilməsi, STEAM fənninin, inklüziv təhsil fənlərinin, sinfin idarə olunması fənninin, seçmə fənlər blokunda müasir tələblərə cavab verən yeni fənlərin daxil edilməsi təmin olunmuş, bu fənləri tədris edəcək müəllimlərə təlimlər keçilib. "Tələbə qəbulunda pedaqoji ixtisaslar üzrə daha yüksək ballı tələbələrin cəlb olunmasını təşviq etmək üçün Elm və Təhsil Nazirliyinin bir-neçə il öncə "Gələcəyin müəllimi" təqaüdünü təsis etməsi ciddi nəticələr verib. Belə ki, ölkədə pedaqoji kadr hazırlığının 30 %-ni həyata keçirən ADPU-da 2023-cü il tələbə qəbulunun nəticələrinə görə qəbul planı 98 % dolmuş və qəbul olanların 40 %-i 400-dən çox bal toplayanlardır. 400-500 arası bal toplayıb ADPU-nu tərcih etmiş tələbələrin sayı 902, 500-dən çox bal toplamış tələbələrin sayı isə 190 olub. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün son illərdə müəllimlik ixtisasları üzrə SABAH qruplarının sayının artırılması, artıq 3 ixtisaslaşma üzrə SABAH magistratura proqramlarının açılması, Riyaziyyat və informatika müəllimliyi ixtisasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "Alqoritmika" şirkətinin birgə əməkdaşlığı çərçivəsində artıq bir neçə ildir həyata keçirələn "Alqoritmika-rəqəmsal bacarıqların inkişafı" layihəsinin nəticələri, tələbələrin xarici dil biliklərinin öyrənilməsinin təşviqi üzrə İELTS və digər beynəlxalq sertifikatlı tələbələrin xarici dillərin tədrisindən azad edilməsi, Britaniya Şurası, Təhsilin İnkişaf Fondu və ADPU-nun üçtərəfli razılaşmasına əsasən İELTS 6 üstü nəticə toplayan tələblərin imtahan rüsumunun qarşılanması kimi addımları qeyd etmək olar" Nazirlikdən bildirilib. Cavabda o da qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin dəstəklədiyi Təhsildə İnnovativ Texnologiyalar Mərkəzi ilə ADPU-nun həyata keçirdiyi tələbələrin, o cümlədən professor-müəllim heyətinin cəlb olunduğu "Microsoft" sertifikatlı təlimçi (MCE - The Microsoft Certified Educator) təlimlərinin nəticələri uğurludur. Təlimdə iştirak etmiş 200 tələbə və müəllimdən 171 nəfəri yekun imtahanlarını uğurla verərək müvafiq beynəlxalq sertifikat almışdır. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilmiş "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Pedaoqji Universitet və onun Şəki, Ağcabədi, Quba, Şamaxı və Cəlilabad rayonlarında fəaliyyət göstərən filialları olaraq layihə çərçivəsində inklüziv təhsil sahəsində tədris-metodik vəsaitlərin və proqramların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, hazırlanacaq modul və tədris proqramlarının mövcud kurikulum və dərs proqramlarına inteqrasiya olunması təmin olunub. İnklüziv təhsil sahəsində çalışan ibtidai sinif müəllimlərinin, təlimatçıların, valideynlərin təlimləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, fərdi tədris planlarının hazırlanması və tətbiqi, universitet və onun filiallarında müəllimlərə, tələbələrə, valideynlərə, vətəndaş cəmiyyəti institutlarına və digər dəstək qruplarına məsləhət və məlumat xidmətləri göstərəcək Resurs Mərkəzlərinin yaradılması və təchizatı, inklüziv təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə müvafiq təkliflərin hazırlanıb təqdim edilməsi təmin olunub. Həmçinin ölkədə tədris prosesinin beynəlmiləlləşdirilməsi istiqamətdə mübadilə proqramlarılarında tələbələrin aktiv iştirakı təmin olunur. Hər il ADPU-nun seçilmiş bakalavr və magistr tələbələri Danimarkanın, Polşa, Türkiyə, Rumıniya və Latviyanın qabaqcıl universitetlərində bir semestrlik mübadiləyə gedirlər. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Corc Vaşinqton Universiteti ilə ADPU-nun birgə həyata keçirdiyi "Təhsil və insan inkişafı" üzrə ikili diplom proqramının bu il üçüncü məzun buraxılışı olacaqdır. Bu məzun buraxılışı 42 nəfər məzunu ilə rekord təşkil edir. İkili diplom proqramının məzunları ADPU ilə yanaşı, dünyanın pedaqoji kadr hazırlığında qabaqcıl universitetlərindən biri olan Corc Vaşinqton Universitetinin diplomunu alırlar. İndiyədək artıq 83 nəfər Azərbaycan gənci təhsil siyasəti və idarəçiliyi üzrə bu ikili diplom proqramının məzunu ola bilib. Pedaqoji kadr hazırlığı prosesində vacib istiqamətlərdən biri də qısamüddətli ixtisasartırma və təkmilləşdirmə kurslarının və sertifikat proqramlarının təşkilidir. Bu çərçivədə məktəbəqədər təhsil sahəsində əhatəliliyin artırması üzrə tərbiyəçi müəllimlər üçün təlimlər, riyaziyyat müəllimləri üçün "Python" təlimləri, yeni nəsil məktəb direktorluğu yetişdirməyi hədəfləyən Məktəb Liderliyi Proqramı bu istiqamətdə atılan mühüm addımlardır. Pedaqoji kadr hazırlayan universitetlərdə professor-müəllim heyətinin əməkhaqqının artırılması onların performansa əsaslanmış qiymətləndirilməsi ilə həyata keçirilir. ADPU-da 2018-ci ildən tətbiq edilən bu model əsasında professor-müəllim heyəti 80-dək (elmi, pedaqoji və ictimai fəaliyyətləri üzrə) meyar üzrə reytinq qiymətləndirmə sistemi əsasında qiymətləndirilir və hər il kafedralar üzrə ən yüksək nəticə toplamış 20 % müəllimin əməkhaqqına əlavələr hesablanır. Bu il ADPU-nun 750 professor-müəllim heyətindən 180-i belə əmək haqqına əlavələri almaq hüququ əldə edib. Pedaqoji kadr hazırlığını həyata keçirən profesor-müəllim heyətinin gücləndirilməsi, müasir və fəal təlim metodları ilə tədrisin təşkili əsas məsələlərdən biridir. Müəllimlərin işə qəbulunun seçki yolu ilə aparılması akademik heyətin tərkibini kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırılıb. ADPU-da 2016-cı ildə yaşı 30-dək olan akademik heyətin sayı 17-dən 2023-cü ildə 41-ə, yaşı 31-40 arası olanların sayı 107-dən 149-a yüksəlmiş, o cümlədən yaşı 51-60 arası olanların sayı 175-dən 151-ə və 70 yaş üstü olan professor-müəllim heyətinin sayı 140-dan 81-ə enmişdir. Aparılan gəncləşdirmə siyasəti nəticəsində müasir pedaqoji səriştələrlə gücləndirilmiş əməkdaşların sayı artmışdır. O cümlədən hazırda ADPU-nun 7 doktorantı xaricidə təhsil dövlət proqramı hesabına dünyanın qabaqcıl universitetlərində təhsil elmləri üzrə doktorantura təhsili alır ki, onların növbəti mərhələ dönüb pedaqoji fəaliyyətlə məşğul olması, akademik heyətin güclənməsinə ciddi töhfə olacaqdır. Qeyd olunan səylər və aparılan sistemli işlər nəticəsində pedaqoji ixtisaslar üzrə məzunların məşğulluğu da xeyli yaxşılaşıb. ADPU məzunlarının məşğulluğuna görə Dövlət Məşğulluq Agentliyinin 2018-2021-ci illər üzrə məzunların işlə təmin olunmasının ümumi orta statistikasında ölkə ali təhsil müəssisələri arasında 4-cü yeri tutur. Həmçinin 2023-cü il ərzində Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə keçirdiyi test imtahanlarının nəticələrinə əsasən sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrinə görə ADPU yenə dördüncü yerdə qərarlaşıb. ADPU 2016-2018-ci illərdə elm sahəsində uğurlarına görə "Web of Science" elmi bazasının "Ən mütərəqqi Universitet"i mükafatına layiq görülüb, Elm və Ali Təhsil Agentliyinin 2019-2023-cü illərdə "Web of Sceience" elmmetrik bazasında ən çox elmi işi dərc olunan ali təhsil müəssisələri arasında ADPU-nun 4-cü yerdə olması gələcəyə daha da nikbin baxmağa əsas verir. Qeyd edək ki, iyunun 8-də ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. Təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Xatırladaq ki, 2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457367808_112:0:1889:1333_1920x0_80_0_0_3e734e42f5636e3e1da412bec3e5fcde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
imtahan, elm və təhsil nazirliyi, heydər əliyev, heydər əliyev mərkəzi, heydər əliyev fondu, müəllim, müəllimlər, müəllimlərin işə qəbulu
imtahan, elm və təhsil nazirliyi, heydər əliyev, heydər əliyev mərkəzi, heydər əliyev fondu, müəllim, müəllimlər, müəllimlərin işə qəbulu
İmtahandan ikinci dəfə kəsilən müəllimlər - ETN keyfiyyətli kadr hazırlığı üçün nə edir?
Nazirliyin məlumatına görə, hər il ADPU-nun seçilmiş bakalavr və magistr tələbələri Danimarkanın, Polşa, Türkiyə, Rumıniya və Latviyanın qabaqcıl universitetlərində bir semestrlik mübadiləyə gedirlər.
BAKI, 19 iyun — Sputnik. İyunun 8-də ibtidai sinif müəllimləri üçün keçirilən sertifikatlaşdırma imtahanı müzakirəyə səbəb olub. Təhsil İnstitutu imtahanda istifadə olunmuş ixtisas suallarını açıqlayıb. Hər sualın yuxarı hissəsində isə yanlış cavablama və ya boş qoyma faizlə qeyd olunub. Bu suallardan biri isə daha çox müzakirələrə səbəb olub. Belə ki, sualın asan olmasına baxmayaraq 1209 müəllim tərəfindən cavablandırılmadığı və ya boş qoyulduğu maraq doğurub. Həmin sualı təqdim edirik:
https://arti.edu.az/wp-content/uploads/2024/06/Ibtidai-sinif-08.06.2024_Az%C9%99rbaycan_dili.pdf Ən asan suallara belə ibtidai sinif müəllimlərinin cavab verə bilməməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Bəs görəsən Elm və Təhsil Nazirliyi müəllim peşəsi üzrə keyfiyyətli kadr hazırlığı istiqamətində hansı tədbirlər aparır?
Sputnik Azərbaycan-ın sorğusuna Elm və Təhsil Nazirliyindən verilən cavabda bildirilib ki, ölkədə müəllim peşəsi üzrə kadr hazırlığının keyfiyyətinin artırılması üzrə tədbirlər xüsusi diqqətində saxlanılır. Xüsusilə 2020-ci ildə qəbul edilmiş yeni təhsil proqramlarının müasir dövrün tələbələrinə uyğunlaşdırılması, bu prosesdə Avropanın bəzi ölkələri ilə tivinninq layihəsi çərçivəsində tərtib edilmiş pilot tədris planlarının tətbiqi məzmun sahəsində atılmış mühüm addımlar olmuşdur. Yeni məzmunda pedaqoji səriştələri təmin edən fənnlər blokunun gücləndirilməsi, STEAM fənninin, inklüziv təhsil fənlərinin, sinfin idarə olunması fənninin, seçmə fənlər blokunda müasir tələblərə cavab verən yeni fənlərin daxil edilməsi təmin olunmuş, bu fənləri tədris edəcək müəllimlərə təlimlər keçilib.
"Tələbə qəbulunda pedaqoji ixtisaslar üzrə daha yüksək ballı tələbələrin cəlb olunmasını təşviq etmək üçün Elm və Təhsil Nazirliyinin bir-neçə il öncə "Gələcəyin müəllimi" təqaüdünü təsis etməsi ciddi nəticələr verib. Belə ki, ölkədə pedaqoji kadr hazırlığının 30 %-ni həyata keçirən ADPU-da 2023-cü il tələbə qəbulunun nəticələrinə görə qəbul planı 98 % dolmuş və qəbul olanların 40 %-i 400-dən çox bal toplayanlardır. 400-500 arası bal toplayıb ADPU-nu tərcih etmiş tələbələrin sayı 902, 500-dən çox bal toplamış tələbələrin sayı isə 190 olub. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün son illərdə müəllimlik ixtisasları üzrə SABAH qruplarının sayının artırılması, artıq 3 ixtisaslaşma üzrə SABAH magistratura proqramlarının açılması, Riyaziyyat və informatika müəllimliyi ixtisasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "Alqoritmika" şirkətinin birgə əməkdaşlığı çərçivəsində artıq bir neçə ildir həyata keçirələn "Alqoritmika-rəqəmsal bacarıqların inkişafı" layihəsinin nəticələri, tələbələrin xarici dil biliklərinin öyrənilməsinin təşviqi üzrə İELTS və digər beynəlxalq sertifikatlı tələbələrin xarici dillərin tədrisindən azad edilməsi, Britaniya Şurası, Təhsilin İnkişaf Fondu və ADPU-nun üçtərəfli razılaşmasına əsasən İELTS 6 üstü nəticə toplayan tələblərin imtahan rüsumunun qarşılanması kimi addımları qeyd etmək olar" Nazirlikdən bildirilib.
Cavabda o da qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin dəstəklədiyi Təhsildə İnnovativ Texnologiyalar Mərkəzi ilə ADPU-nun həyata keçirdiyi tələbələrin, o cümlədən professor-müəllim heyətinin cəlb olunduğu "Microsoft" sertifikatlı təlimçi (MCE - The Microsoft Certified Educator) təlimlərinin nəticələri uğurludur. Təlimdə iştirak etmiş 200 tələbə və müəllimdən 171 nəfəri yekun imtahanlarını uğurla verərək müvafiq beynəlxalq sertifikat almışdır.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilmiş "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Pedaoqji Universitet və onun Şəki, Ağcabədi, Quba, Şamaxı və Cəlilabad rayonlarında fəaliyyət göstərən filialları olaraq layihə çərçivəsində inklüziv təhsil sahəsində tədris-metodik vəsaitlərin və proqramların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, hazırlanacaq modul və tədris proqramlarının mövcud kurikulum və dərs proqramlarına inteqrasiya olunması təmin olunub. İnklüziv təhsil sahəsində çalışan ibtidai sinif müəllimlərinin, təlimatçıların, valideynlərin təlimləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, fərdi tədris planlarının hazırlanması və tətbiqi, universitet və onun filiallarında müəllimlərə, tələbələrə, valideynlərə, vətəndaş cəmiyyəti institutlarına və digər dəstək qruplarına məsləhət və məlumat xidmətləri göstərəcək Resurs Mərkəzlərinin yaradılması və təchizatı, inklüziv təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə müvafiq təkliflərin hazırlanıb təqdim edilməsi təmin olunub.
Həmçinin ölkədə tədris prosesinin beynəlmiləlləşdirilməsi istiqamətdə mübadilə proqramlarılarında tələbələrin aktiv iştirakı təmin olunur. Hər il ADPU-nun seçilmiş bakalavr və magistr tələbələri Danimarkanın, Polşa, Türkiyə, Rumıniya və Latviyanın qabaqcıl universitetlərində bir semestrlik mübadiləyə gedirlər.
"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Corc Vaşinqton Universiteti ilə ADPU-nun birgə həyata keçirdiyi "Təhsil və insan inkişafı" üzrə ikili diplom proqramının bu il üçüncü məzun buraxılışı olacaqdır. Bu məzun buraxılışı 42 nəfər məzunu ilə rekord təşkil edir. İkili diplom proqramının məzunları ADPU ilə yanaşı, dünyanın pedaqoji kadr hazırlığında qabaqcıl universitetlərindən biri olan Corc Vaşinqton Universitetinin diplomunu alırlar. İndiyədək artıq 83 nəfər Azərbaycan gənci təhsil siyasəti və idarəçiliyi üzrə bu ikili diplom proqramının məzunu ola bilib.
Pedaqoji kadr hazırlığı prosesində vacib istiqamətlərdən biri də qısamüddətli ixtisasartırma və təkmilləşdirmə kurslarının və sertifikat proqramlarının təşkilidir. Bu çərçivədə məktəbəqədər təhsil sahəsində əhatəliliyin artırması üzrə tərbiyəçi müəllimlər üçün təlimlər, riyaziyyat müəllimləri üçün "Python" təlimləri, yeni nəsil məktəb direktorluğu yetişdirməyi hədəfləyən Məktəb Liderliyi Proqramı bu istiqamətdə atılan mühüm addımlardır.
Pedaqoji kadr hazırlayan universitetlərdə professor-müəllim heyətinin əməkhaqqının artırılması onların performansa əsaslanmış qiymətləndirilməsi ilə həyata keçirilir. ADPU-da 2018-ci ildən tətbiq edilən bu model əsasında professor-müəllim heyəti 80-dək (elmi, pedaqoji və ictimai fəaliyyətləri üzrə) meyar üzrə reytinq qiymətləndirmə sistemi əsasında qiymətləndirilir və hər il kafedralar üzrə ən yüksək nəticə toplamış 20 % müəllimin əməkhaqqına əlavələr hesablanır. Bu il ADPU-nun 750 professor-müəllim heyətindən 180-i belə əmək haqqına əlavələri almaq hüququ əldə edib.
Pedaqoji kadr hazırlığını həyata keçirən profesor-müəllim heyətinin gücləndirilməsi, müasir və fəal təlim metodları ilə tədrisin təşkili əsas məsələlərdən biridir. Müəllimlərin işə qəbulunun seçki yolu ilə aparılması akademik heyətin tərkibini kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırılıb. ADPU-da 2016-cı ildə yaşı 30-dək olan akademik heyətin sayı 17-dən 2023-cü ildə 41-ə, yaşı 31-40 arası olanların sayı 107-dən 149-a yüksəlmiş, o cümlədən yaşı 51-60 arası olanların sayı 175-dən 151-ə və 70 yaş üstü olan professor-müəllim heyətinin sayı 140-dan 81-ə enmişdir. Aparılan gəncləşdirmə siyasəti nəticəsində müasir pedaqoji səriştələrlə gücləndirilmiş əməkdaşların sayı artmışdır. O cümlədən hazırda ADPU-nun 7 doktorantı xaricidə təhsil dövlət proqramı hesabına dünyanın qabaqcıl universitetlərində təhsil elmləri üzrə doktorantura təhsili alır ki, onların növbəti mərhələ dönüb pedaqoji fəaliyyətlə məşğul olması, akademik heyətin güclənməsinə ciddi töhfə olacaqdır.
Qeyd olunan səylər və aparılan sistemli işlər nəticəsində pedaqoji ixtisaslar üzrə məzunların məşğulluğu da xeyli yaxşılaşıb. ADPU məzunlarının məşğulluğuna görə Dövlət Məşğulluq Agentliyinin 2018-2021-ci illər üzrə məzunların işlə təmin olunmasının ümumi orta statistikasında ölkə ali təhsil müəssisələri arasında 4-cü yeri tutur. Həmçinin 2023-cü il ərzində Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə keçirdiyi test imtahanlarının nəticələrinə əsasən sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrinə görə ADPU yenə dördüncü yerdə qərarlaşıb.
ADPU 2016-2018-ci illərdə elm sahəsində uğurlarına görə "Web of Science" elmi bazasının "Ən mütərəqqi Universitet"i mükafatına layiq görülüb, Elm və Ali Təhsil Agentliyinin 2019-2023-cü illərdə "Web of Sceience" elmmetrik bazasında ən çox elmi işi dərc olunan ali təhsil müəssisələri arasında ADPU-nun 4-cü yerdə olması gələcəyə daha da nikbin baxmağa əsas verir.
Qeyd edək ki, iyunun 8-də ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. Təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
Xatırladaq ki, 2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur.