https://sputnik.az/20240619/macaristan-nato-nun-ukraynadaki-missiyasina-qarsidir---orban-465337437.html
Macarıstan lideri fikrini dəyişdi: "Rutteni dəstəkləyəcəyik"
Macarıstan lideri fikrini dəyişdi: "Rutteni dəstəkləyəcəyik"
Sputnik Azərbaycan
Orban bundan əvvəl bəyan etmişdi ki, Ruttenin NATO baş katibi postuna namizədliyinə qarşıdır, çünki o, “Macarıstanı diz çökdürməyi” və Avropa İttifaqından... 19.06.2024, Sputnik Azərbaycan
2024-06-19T12:27+0400
2024-06-19T12:27+0400
2024-06-18T21:54+0400
nato
dünya xəbərləri
viktor orban
macarıstan
ukrayna
missiya
sammit
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260216_0:0:3072:1728_1920x0_80_0_0_41e61e19c475eac7c0b5249c8d99a5be.jpg
BAKI, 19 iyun — Sputnik. Macarıstan səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Yens Stoltenberqin yerinə NATO-nun yeni baş katibi vəzifəsinə Niderlandın Baş naziri səlahiyyətlərini icra edən Mark Ruttenin namizədliyini dəstəkləyəcək.Bunu Avropa İttifaqının Brüsseldə keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Rutte ilə görüşən Macarıstanın baş naziri Viktor Orban deyib.Macarıstanın Baş naziri Brüsseldəki məsləhətləşmələrdən sonra Ruttedən aldığı məktubun surətini dərc edib. Sənəddə onun bütün vədləri, o cümlədən Orban və Stoltenberq arasında Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirak etməməsi ilə bağlı razılaşmaya əməl etmək istəyi öz əksini tapıb.Orban bundan əvvəl bəyan etmişdi ki, Ruttenin NATO baş katibi postuna namizədliyinə qarşıdır, çünki o, “Macarıstanı diz çökdürməyi” və Avropa İttifaqından çıxarılmasını təklif edir.12.06.24, 23:21Macarıstan NATO-nun Ukraynadakı missiyasına qarşıdırBudapeşt NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin alyans üzvlərinin əksəriyyəti bunu dəstəklədiyi üçün buna mane ola bilmir. Bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Alyansın baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib. Hökumət başçısı bildirib ki, o, həmsöhbətinin diqqətinə Macarıstanın alyansın ərazisindən kənarda, ilk növbədə Ukraynada NATO-nun hərbi əməliyyatlarında iştirak etməmək niyyətini çatdırıb. "Lakin öz mövqeyini formalaşdıran Macarıstan vəziyyəti dəyişdirmək üçün imkan və gücə malik olmadığını etiraf etmək məcburiyyətindədir" - Orban deyib. O qeyd edib ki, NATO ölkələrinin əksəriyyəti başqa həll yollarında israrlıdırlar. "Məlumdur ki, Macarıstanın mövqeyi Avropa İttifaqının mövqeyindən fərqlənir və Macarıstan onun fikrincə fərqli olan fikirlərin sayının əhəmiyyətli olduğunu qəbul edir, lakin biz hər dəfə öz mövqeyimizi ifadə edə bilmişik buna görə də Baş katibə minnətdarıq ki, öz mövqeyimizi NATO-nun bütün dairələrində bəyan etdiyimizə və vəziyyətlə bağlı təhlilimizi təqdim edə bildik", - baş nazir qeyd edib. O, iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində Macarıstanın mövqeyini müdafiə edəcəyini bildirib. Eyni zamanda o, orada Şimali Atlantika Alyansındakı bütün müttəfiqlərə uyğun olan düzgün həll yollarının tapılacağına əminliyini ifadə edib. Eyni zamanda Orban vurğulayıb ki, Macarıstan NATO-nun sadiq üzvü olaraq qalır və tərəfdaşlar qarşısında öhdəliklərini yerinə yetirməyə davam edəcək. O xatırladıb ki, Macarıstanın müdafiə xərcləri ÜDM-in 2%-ni ötür və 1,3 min macar əsgəri hazırda digər ölkələrin ərazisində də daxil olmaqla, müxtəlif alyans missiyalarında iştirak edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260216_216:0:2947:2048_1920x0_80_0_0_68eba1f3bf64b43e157a662f4266f971.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nato, viktor orban, macarıstan, ukrayna, missiya, sammit
nato, viktor orban, macarıstan, ukrayna, missiya, sammit
Macarıstan lideri fikrini dəyişdi: "Rutteni dəstəkləyəcəyik"
Orban bundan əvvəl bəyan etmişdi ki, Ruttenin NATO baş katibi postuna namizədliyinə qarşıdır, çünki o, “Macarıstanı diz çökdürməyi” və Avropa İttifaqından çıxarılmasını təklif edir.
BAKI, 19 iyun — Sputnik. Macarıstan səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Yens Stoltenberqin yerinə NATO-nun yeni baş katibi vəzifəsinə Niderlandın Baş naziri səlahiyyətlərini icra edən Mark Ruttenin namizədliyini dəstəkləyəcək.
Bunu Avropa İttifaqının Brüsseldə keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Rutte ilə görüşən Macarıstanın baş naziri Viktor Orban deyib.
Macarıstanın Baş naziri Brüsseldəki məsləhətləşmələrdən sonra Ruttedən aldığı məktubun surətini dərc edib. Sənəddə onun bütün vədləri, o cümlədən Orban və Stoltenberq arasında Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirak etməməsi ilə bağlı razılaşmaya əməl etmək istəyi öz əksini tapıb.
Orban bundan əvvəl bəyan etmişdi ki, Ruttenin NATO baş katibi postuna namizədliyinə qarşıdır, çünki o, “Macarıstanı diz çökdürməyi” və Avropa İttifaqından çıxarılmasını təklif edir.
Macarıstan NATO-nun Ukraynadakı missiyasına qarşıdır
Budapeşt NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin alyans üzvlərinin əksəriyyəti bunu dəstəklədiyi üçün buna mane ola bilmir. Bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Alyansın baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
Hökumət başçısı bildirib ki, o, həmsöhbətinin diqqətinə Macarıstanın alyansın ərazisindən kənarda, ilk növbədə Ukraynada NATO-nun hərbi əməliyyatlarında iştirak etməmək niyyətini çatdırıb.
"Lakin öz mövqeyini formalaşdıran Macarıstan vəziyyəti dəyişdirmək üçün imkan və gücə malik olmadığını etiraf etmək məcburiyyətindədir" - Orban deyib. O qeyd edib ki, NATO ölkələrinin əksəriyyəti başqa həll yollarında israrlıdırlar.
"Məlumdur ki, Macarıstanın mövqeyi Avropa İttifaqının mövqeyindən fərqlənir və Macarıstan onun fikrincə fərqli olan fikirlərin sayının əhəmiyyətli olduğunu qəbul edir, lakin biz hər dəfə öz mövqeyimizi ifadə edə bilmişik buna görə də Baş katibə minnətdarıq ki, öz mövqeyimizi NATO-nun bütün dairələrində bəyan etdiyimizə və vəziyyətlə bağlı təhlilimizi təqdim edə bildik", - baş nazir qeyd edib.
O, iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində Macarıstanın mövqeyini müdafiə edəcəyini bildirib. Eyni zamanda o, orada Şimali Atlantika Alyansındakı bütün müttəfiqlərə uyğun olan düzgün həll yollarının tapılacağına əminliyini ifadə edib. Eyni zamanda Orban vurğulayıb ki, Macarıstan NATO-nun sadiq üzvü olaraq qalır və tərəfdaşlar qarşısında öhdəliklərini yerinə yetirməyə davam edəcək. O xatırladıb ki, Macarıstanın müdafiə xərcləri ÜDM-in 2%-ni ötür və 1,3 min macar əsgəri hazırda digər ölkələrin ərazisində də daxil olmaqla, müxtəlif alyans missiyalarında iştirak edir.