https://sputnik.az/20240619/heddinden-artiq-su-icmek-olume-sebeb-olur---hekim-465373568.html
Həddindən artıq su içmək ölümə səbəb olur - həkim
Həddindən artıq su içmək ölümə səbəb olur - həkim
Sputnik Azərbaycan
Svetlana Kanevskayanın sözlərinə görə, böyük miqdarda suyun nəzarətsiz istehlakı qanda natrium səviyyəsini azaldır. 19.06.2024, Sputnik Azərbaycan
2024-06-19T23:21+0400
2024-06-19T23:21+0400
2024-06-19T23:11+0400
həkim
elm
beyin
brüs li
su içmək
içməli su
şüur
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499181_0:0:3059:1722_1920x0_80_0_0_d7b803a407f2cffb708c15298969a538.jpg
BAKI, 19 iyun — Sputnik. Su sağlamlığı qorumaq üçün çox vacibdir, lakin onu həddindən artıq çox içmək həyat üçün təhlükəli nəticələrə səbəb ola bilər. Bunu tibb elmləri doktoru, professor, "Medical On Group" klinikalar şəbəkəsinin tibb direktoru Svetlana Kanevskaya deyib. Belə ki, Brüs Linin ölüm səbəbinin ətraflı araşdırılmasından sonra patoloqlar belə qənaətə gəliblər ki, ölüm, aktyorun orqanizmində mayenin həddindən artıq yığılması fonunda qan serumundakı natrium səviyyəsinin azalması üzündən yaranan beyin ödəmi nəticəsində baş verib. Bu klinik vəziyyət açıq şəkildə göstərir ki, həyat mənbəyi olan su, həyatı sonlandıra da bilər. Svetlana Kanevskayanın sözlərinə görə, böyük miqdarda suyun nəzarətsiz istehlakı qanda natrium səviyyəsini azalda bilər ki, bu da hiponatriemiyaya (aşağı qan natrium səviyyəsi) səbəb olur. Bu vəziyyət zəiflik, şüurun pozulması, baş ağrısı və qıc olma xarakterizə olunur. Ağır hallarda hiponatriemiya beynin şişməsi, ürək ritminin pozulması və ölüm ilə nəticələnir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499181_208:0:2939:2048_1920x0_80_0_0_4edc9b59af318e6729fe88d91b403204.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, beyin, brüs li, su içmək, içməli su, şüur
həkim, beyin, brüs li, su içmək, içməli su, şüur
Həddindən artıq su içmək ölümə səbəb olur - həkim
Svetlana Kanevskayanın sözlərinə görə, böyük miqdarda suyun nəzarətsiz istehlakı qanda natrium səviyyəsini azaldır.
BAKI, 19 iyun — Sputnik. Su sağlamlığı qorumaq üçün çox vacibdir, lakin onu həddindən artıq çox içmək həyat üçün təhlükəli nəticələrə səbəb ola bilər.
Bunu tibb elmləri doktoru, professor, "Medical On Group" klinikalar şəbəkəsinin tibb direktoru Svetlana Kanevskaya deyib.
Belə ki, Brüs Linin ölüm səbəbinin ətraflı araşdırılmasından sonra patoloqlar belə qənaətə gəliblər ki, ölüm, aktyorun orqanizmində mayenin həddindən artıq yığılması fonunda qan serumundakı natrium səviyyəsinin azalması üzündən yaranan beyin ödəmi nəticəsində baş verib. Bu klinik vəziyyət açıq şəkildə göstərir ki, həyat mənbəyi olan su, həyatı sonlandıra da bilər.
Svetlana Kanevskayanın sözlərinə görə, böyük miqdarda suyun nəzarətsiz istehlakı qanda natrium səviyyəsini azalda bilər ki, bu da hiponatriemiyaya (aşağı qan natrium səviyyəsi) səbəb olur. Bu vəziyyət zəiflik, şüurun pozulması, baş ağrısı və qıc olma xarakterizə olunur. Ağır hallarda hiponatriemiya beynin şişməsi, ürək ritminin pozulması və ölüm ilə nəticələnir.