Tarixdə bu gün: 18 iyun – FOTO
© Sputnik18 iyun
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 18 iyun — Sputnik. İyunun 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 18-də kim anadan olub?
Cövdət Hacıyev (1917-2002) - Azərbaycan SSR xalq artisti və bəstəkardır. O, Qara Qarayevlə birlikdə bəstələdiyi "Vətən" operasının müəllifidir. Cövdət Hacıyev simli kvartet, fortepiano, xor və s. üçün əsərlər yazıb.
Sərxan Sərxan (1952) - Azərbaycanın xalq artisti və müğənnidir. O, "Azərbaycan SSR əməkdar artisti" və "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. Müğənni həmçinin "Humay" mükafatına da layiq görülüb. O, "Qırmızı lalələr" vokal və instrumental ansamblın keçmiş solisti olub.
© Photo : From the personal archive of Sarkhan SarkhanovSərxan Sərxan
Sərxan Sərxan
© Photo : From the personal archive of Sarkhan Sarkhanov
İvan Qonçarov (1812 - 1891) - rusiyalı yazıçıdır. O, "Uçurum", "Adi tarix" və s. romanların müəllifidir.
© Sputnikİvan Qonçarovun portreti
İvan Qonçarovun portreti
© Sputnik
Blanş Svit (1896 - 1986) - amerikalı aktrisa və səssiz kino ulduzudur. O, "Döyüş", "Kor sevgi", "və s. filmlərdə rol alıb.
Yuri Solomin (1935 - 2024) - Sovet və Rusiya aktyoru, rejissoru, RSFSR mədəniyyət naziridir (1990-1991).
© Sputnik / Сергей ПятаковYuri Solomin
Yuri Solomin
© Sputnik / Сергей Пятаков
Pol Makkartni (1942) - britaniyalı musiqiçi, yazıçı və prodüserdir. O, "The Beatles"ın yaradıcılarından biridir. Makkartni 16 dəfə "Qremmi" mükafatı laureatıdır.
© AP Photo / Chris PizzelloPol Makkartni
Pol Makkartni
© AP Photo / Chris Pizzello
18 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1583-cü ildə Londonda ilk dəfə vitse-mer Riçard Martin 383 funt sterlinqə duz taciri Uilyam Gibbsonun həyatını sığortalayıb.
1815-ci ildə I Napoleonun ordusu ilə ingilis-holland-prussiya qoşunları arasında "Yüz gün" müddətində həlledici döyüş - Vaterloo döyüşü baş verib. Bu döyüş I Napoleonun məğlubiyyəti ilə başa çatıb.
1945-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) blokadadan sonra ilk trolleybus fəaliyyətə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.