DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İrəvandakı "Şərəf Xiyaban"ında Rusiyanın bayrağı və gerbini söküblər

© Sputnik / Marianna Galstyanİrəvanda Qələbə parkında sərhədçilərə ucaldılmış abidənin üzərində Rusiya Federasiyasının cırılmış bayrağı və gerbi
İrəvanda Qələbə parkında sərhədçilərə ucaldılmış abidənin üzərində Rusiya Federasiyasının cırılmış bayrağı və gerbi  - Sputnik Azərbaycan, 1920, 18.06.2024
Abunə olmaq
Paytaxt meriyası isə baş verənlərə görə məsuliyyət daşımadığını bəyan edib.
BAKI, 18 iyun - Sputnik. İrəvanın Qələbə parkındakı "Şərəf Xiyabanı"nda respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədəki Rusiya Federasiyasının bayrağı və gerbi sökülüb.
Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Xüsusən, şərti sərhəd sütununda cızılmış Rusiya gerbinin izləri görünür, bayraq isə cırılıb, ondan yalnız bir parça qalıb. Eyni zamanda Ermənistanın bayrağı və gerbi qorunub saxlanılıb.
Paytaxt meriyasından Sputnik Ermənistan-a bildiriblər ki, onlar baş verənlərə görə məsuliyyət daşımırlar və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır.
Şəhər rəhbərliyi də hadisə ilə bağlı məlumatı aydınlaşdırmağa söz verib. Bu arada, Sputnik Ermənistan-ın məlumatına görə, ərazi şəhər administrasiyasının yurisdiksiyasındadır.
Xəbər lenti
0